“İtirilən xalların əvəzini çıxmalıyıq” – “Kəpəz”in futbolçusu

23.11.2016 | 2745 dəfə oxunub

“Kəpəz”in futbolçusu Tural Nərimanovun klubun saytına müsahibəsi

- Tural, “Kəpəz”in cari mövsümdə çıxışını necə dəyərləndirirsən?

- Turnir cədvəlində yerimiz indiki vəziyyətimizdən daha yaxşı ola bilərdi. Amma bəzi oyunlarda xallar itirdik və bu da mövqeyimizə təsirsiz ötüşmədi. Heç nədən, adi səhvlərdən buraxdığımız qollar oldu.İndi çalışıb vəziyyəti düzəltməli, itirilən xalların əvəzini çıxmalıyıq.  Belə olsa, durumumuz yaxşılaşacaq. Bütün istəyimiz də budur.

- Azarkeşlərin arzusu komandanı yenə qitə miqyaslı turnirdə görməkdir. Bu mövsüm “Kəpəz” Avroliqaya vəsiqə qazana biləcək?

- Bizim də məqsədimiz ən azından ötən mövsümün nailiyyətini təkrar etməkdir, fikrimiz buna yönəlib. Daha uğurlu nəticə göstərə bilsək, yaxşı olar. Komanda olaraq istəyimiz azarkeşlərin də ümidini doğrultmaqdır. Çempionat davam edir, qarşıda çoxlu oyunlar var. Məqsədimizə doğru irəliləməliyik. 

- Amma bu heç də asan olmayacaq.

- Sizinlə tam razıyam, futbolda asan heç nə yoxdur. Qarşıda çətin oyunlarımız var, boş durmuruq, həvəslə, əzmlə hazırlaşırıq. Daha çox çalışmalıyıq ki, qarşımıza qoyulan hədəfə çata bilək.

- Çoxlarını düşündürən suallardan da biri komandanın gücü ilə bağlıdır. Səncə, ötən mövsümkü komanda güclüdür, yoxsa hazırda olan heyət?

- Mən müqayisə apara bilmərəm. Ötən mövsüm də komandanın heyəti yaxşı idi, elə indi də güclü futbolçularımız var. “Kəpəz” mehriban kollektivə malikdir. Çətinlik çəkirəm bu suala cavab verməyə, məncə, hər iki komandanın gücü, səviyyəsi eynidir.  Uğurlarımızı təkrarlamaqla bunu ortaya qoya bilərik. 

- “Kəpəz”in heyətində müdafiə xətti ən rəqabətli mövqe hesab olunur. Çünki bu mövqedə təcrübəli futbolçular cəmləşib.

- Düz deyirsiz, komandada müdafiə xəttində güclü oyunçular yer alıb. Elə mövqeyimdə məndən əlavə üç futbolçu çıxış edir. Ona görə də start heyətinə düşmək uğrunda çətin rəqabət var. Lakin bizdə əsas heyətə kimin düşməyinin önəmi yoxdur, hansı futbolçunun oynamasından, meydana çıxmasından asılı olmayaraq daha vacib olan komandanın uğurunda rol oynamaqdır. Hamı qələbəyə töhvə vermək üçün meydana çıxıb mübarizə aparır. Baş məşqçimiz də kim hazırdırsa, ona şans verir. Özüm də daim oynamağa çalışıram. Lakin son qərar məşqçinindir, o, kimin daha yaxşı oynaya biləcəyini bilir. Seçimə hörmətlə yanaşıram. Rəqabət aparmaqdan da çəkinmirəm, nə vaxt şans verilsə, oynayıb özümü doğrultmağa çalışıram.

- Cari mövsüm “Sumqayıt”la Gəncədəki görüşdə ilk dəfə əsas heyətdə yer aldın. Oyun boyu müdafiədə inamlı çıxışla seçildin və hətta epizodların birində qol vurmağa da yaxın oldun.

-  İlk matçım idi, bu səbəbdən də oyun təcrübəsindən müəyyən qədər əziyyət çəkirdim. Amma bunu büruzə verməməyə çalışdım. Çətin oldu, müdafiəçi kimi ilk vəzifəm komandanın qapısını toxunulmaz saxlamaq, qol buraxmamağa çalışmaqdır. Bunun da öhdəsindən gəldiyim üçün sevinirəm. Qol buraxmayandan sonra qol vurmaq haqda da düşünmək olar (gülümsəyir). Heyfislənirəm ki, qələbə qazana bilməyib heç-heçə oynadıq.  Müdafiəçilər mövqeyinə uyğun olaraq əsasən standart vəziyyətlərin davamında fərqlənə bilirlər. Hücumlar  zamanı yerini buraxıb tam irəli atıla bilmirsən. Fərqlənmək şansı əsasən künc, sərbəst və cərimə zərbələri zamanı yaranır. “Sumqayıt”la görüşdə qol vurmaq üçün çox çalışdım, alınmadı.

- Gəncədə ev oyunlarında azarkeşlər “Kəpəz”ə lazımi dəstəyi verməyə çalışaraq komandanı qələbəyə səsləyirlər. Bu, sizə kömək edirmi?

- Əlbəttə, uğurumuzda onların da rolu var. Gəncədə həmişə futbol və azarkeş olub. “Kəpəz” azarkeşləri ilə seçilir. Biz onlardan çox razıyıq, çünki nəticədən asılı olmayaraq bizi dəstəkləyirlər. Futbolu da onlar üçün oynayırıq. İnanırsız, komandada bütün futbolçular fanatlardan danışır. Azarkeşlərimiz ev oyunlarında çılğın dəstək verirlər, bunun qarşılığında biz də qələbələrlə onları sevindirməyə çalışırıq. Düzdü, son matçlarda futbolsevərlərimizin üzünü güldürə bilmirik. İnşallah, qarşıdakı matçlarda qələbələrlə stadionda tamaşaçı sayını artırmağa səy göstərəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
"Qarabağ" - APOEL görüşü - biletlər satışda
Son xəbərlər

22.10.2019

21.10.2019

10:47  "Liverpul"un xal itkisi VİDEO

10:40  "İnter"in qələbəsi VİDEO

20.10.2019

16:42  "Neftçi" - "Zirə" -HEYƏTLƏR

19.10.2019

19:08  "Keşlə" - "Sabah" -HEYƏTLƏR

16:42  "Qarabağ" - "Qəbələ" -HEYƏTLƏR

18.10.2019

16.10.2019

18:19  "Qarabağ" - APOEL görüşü - biletlər satışda

15.10.2019

19:22  Azərbaycan - İsveçrə -HEYƏTLƏR

14:06  "Ronaldo nə deyirdisə, hakim əməl edirdi" - Ukraynalı futbolçu

14:06  Bolqarıstan - İngiltərə görüşündə qalmaqal - oyun iki dəfə dayandırıldı

11:56  Kosovonun qələbəsi VİDEO

14.10.2019

12:03  Uelsdə ciddi itki - millimizlə görüşü buraxacaq

11:47  "Biz üzr istəməli deyilik" - Macar futbolçu

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi