Rövnəq Abdullayev: "Sumqayıtda 15 minlik stadion inşa olunacaq"

14.11.2011 | 6989 dəfə oxunub

"İstərdim ki, hər bir rayonda futbol komandası yaradılsın. Çünki komandaların sayının çox olması gənc futbolçuların oynamaq imkanını artıracaq".

Stadium.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

O, vurğulayıb ki, əvəzedicilər, eləcə də aşağıyaşlı futbolçulardan ibarət kollektivlər arasında ölkə çempionatının keçirilməsindən sonra gənc futbolçuların komandalara cəlb edilməsində xeyli irəlilyəyiş var:

"Bu sahədə çalışırıq. Ancaq bizim də imkanlarımız məhduddu. AFFA-nın klub yaratmağa və onu maliyyələşdirməyə ixtiyarı yoxdu. Ancaq klublarımıza hərtərəfli köməyi əsirgəmirik. Hər bir regionda bu istiqamətdə işlər görülür, yarışlar keçirilir, yeni stadionlar, meydançalar tikilir. Bu yaxınlarda Ağsuda yeni stadionun açılışı oldu. Çalışırıq ki, orada da klub yaradılsın. Digər bölgələrdə də işlər görülür. Prezident İlham Əliyevin göstərişi ilə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun yenidənqurulması ilə bağlı layihə hazırlanıb. Gələn ilin əvvəlindən Sumqayıtda 15 minlik yeni stadionunun inşasına başlanacaq. Bu, Sumqayıtda futbolun inkişafına böyük təkan verəcək. Eyni zamanda, Gəncə şəhər stadionunun yenidən qurulması məqsədilə layihə hazırlanır. Layihə tez bir zamanda hazır olacaq və gələn il orada da yenidənqurma işləri aparılacaq. Bundan başqa, Bakıda, 8-ci kilometr qəsəbəsində AFFA tərəfindən inşa edilən 15 minlik stadionun tikintisi tez bir zamanda yekunlaşacaq. Stadion 2012-ci ildə keçiriləcək U-17 qadınlararası dünya çempionatına qədər hazır olmalıdı. 20-ci dairə adlanan ərazidəki stadionda da yenidənqurma işlər görülür. Gələn ilin ortalarınadək 5 minlik stadion futbolçuların ixtiyarına veriləcək". (Azertac)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail