“Anderlext”dənsə “Qarabağ”a qalib gəlməyi seçərdim” - Qriqorçuk

23.11.2016 | 5173 dəfə oxunub

“Qəbələ” sabah Avropa Liqasının qrup mərhələsinin V turunda “Anderlext”i qəbul edəcək.

Stadium.az-ın məlumatına görə, komandanın baş məşqçisi Roman Qriqorçuk oyun öncəsi mətbuat konfransında sualları cavablandırıb.

- “Sent-Etyen”lə oyundan sonra demişdiniz ki, rəqibiniz güclü çempinatda çıxış etsə də, onlarla başabaş oynadınız. Sabah üçün də bu fikir keçərli ola bilərmi?

- Bütün rəqiblərimiz bizdən güclüdür. Başa düşürük ki, şansımız qalmayıb. Ən yaxşı oyununumuzu göstərə bilsək, qələbə şansımız olacaq.  Səhv buraxmamalıyıq. “Sent-Etyen”lə görüşdə buraxdığımız səhv qələbə arzumuzun üstündən xətt çəkdi. Uğur da bizim tərəfimizdə olmalıdır. Bunlar hamısı üst-üstə düşdüyü halda, qalib gələ bilərik. 
 
- Sabah hansısa futbolçunuz oyunu buraxacaqmı?

- Dabo və Kvekveskiri sıraya dönüb. Zenyov sabah oynamyacaq. Qalan bütün digər futbolçularımız hazırdırlar. Ümid edirəm ki, həm Dabo, həm də Nika hazırda yaxşı formadadırlar. Sabah heyətdə az şans əldə edən futbolçular yer alacaq. İstəyirik ki, onlar da güclərini göstərsinlər.

- Bu dəfə “Qarabağ”la oyun üçün şans qazanmayan oyunçulara şans verəcəksiniz. Daha əvvələr isə belə etmirdiz...

- Dediyim kimi, sabah heyətdə az forma şansı qazanan futbolçular oynayacaq.

- Bu oyuna necə motivasiya olacaqsınız?

- Ağlıma gətirə bilmərəm ki, hansısa futbolçu Avropa Liqasının qrup mərhələsinə motivasiyasız çıxsın. Bu, onun özü üçün də yaxşıdır. Yaxşı oynasa, böyük klubların diqqətlərini çəkə bilər. Əgər elə oyunçu olsa, mənim gözümdən düşər. Motivasiyamız yüksəkdir.

- Komandanı Sənan Qurbanov baş məşqçi kimi meydana çıxaranda “Qəbələ” uduzmur. Sabah bu yenə belə ola bilər?

- Ümid edirəm ki, bu uğurlu seriyamız davam edəcək.

- “Qəbələ”nin qrupda qalması dəqiqdir. Rəqibin isə qrupdan çıxmaq şansları var. “Anderlext”in təzyiq altında olması sizin üçün üstünlükdür?

- Bəli, psixoloji üstünlüyə biz sahibik. Amma yaxşı oyun nümayiş etdirməliyik. Fikrimcə, ustalıq səviyyəsi daha önəmlidir.

- Rəqib iki səfər oyununda qalib gəlməyib. 

- Statistikanı müzakirə edək, danışaq, amma bunun təsiri olmayacaq. Sabah bütün suallara meydanda aydınlıq gələcək.

- Seçim şansınız olsaydı, hansını seçərdiniz: “Anderlext” üzərindəki qələbəni, yoxsa “Qarabağ”la oyundakı qalibiyyəti?

- Əlbəttə ki, “Qarabağ”la oyundakı qələbəni. İndiki məqamda bunu etmək daha çətindir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail