Hafiz Məmmədov Bülənt Qorxmazı təbrik etdi: "Tezliklə "Bakı"nı bərpa edəcəyik"

26.11.2016 | 6479 dəfə oxunub

Dünən Türkiyə futbolunun canlı əfsanəsi, “Qalatasaray”ın sabiq kapitanı, “Bakı”nın keçmiş baş məşqçisi Bülənt Qorxmazın ad günü olub. Veteran futbolçunun 48 yaşı tamam olub.

 

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov əlamətdar gün münasibəti ilə Bülənt Qorxmazı təbrik edib.

 

Stadium.az xəbər verir ki, Futbolxeber.azsaytına eksklüziv açıqlamasında Hafiz  Məmmədov “Bakı”nın qapısının daim “Böyük kapitan”ın üzünə açıq olduğunu bildirib: “Türkiyə futbolunun canlı əfsanəsi, dəyərli insan, işinin peşəkarı olan Bülənt Qorxmazı ad günü münasibəti ilə təbrik edirəm. Nəinki futbolda, hətta həyatda belə onun kimi yaxşı insan çox azdır. Qapımız daim Bülənt Qorxmazın üzünə açıqdır. Onun kimi işini sevən, məsuliyyətli insanı daim klubumuzda görmək istərdik”.

 

Ölkəmizin tanınması, futbolumuzun inkişafı üçün daim səy göstərən Hafiz Məmmədov tezliklə “Bakı”nın fəaliyyətini bərpa edəcəyini qeyd edib: “Qarşıdakı bir həftə ərzində klubun bərpası ilə bağlı elanlarımızı verəcəyik. Tezliklə əməli fəaliyyətə başlayacağıq. Əsasən də uşaq futboluna, klubumuzun akademiyasına diqqət edəcəyik. “Bakı” daim uşaq futboluna böyük önəm verib. Təsadüfi deyil ki, hazırda klubumuzun 40-dan artıq yetirməsi istər əsas, istərsə də aşağı yaş qrupları üzrə milli komandalarımızın heyətində çıxış edirlər. Bu gün Premyer Liqada və I divizionda mübarizə aparan istənilən klubun heyətində “Bakı”nın yetirməsinə rast gəlmək mümkündür”.

 

Hafiz bəy qeyd edib ki, məqsəd “Bakı”nın yetirmələrini ölkə xaricinə göndərməkdir: “Fəaliyyətimizi bərpa etdikdən sonra akademiyaya böyük diqqət ayıracağıq. İstedadları üzə çıxarıb, onları Azərbaycan futboluna qazandırmaq istəyirik. Məqsədimiz gənclərin ölkə xaricinə yolunu açmaqdır. Bunun üçün də həm Bülənt Qorxmaz, həm də Milinko Pantiç kimi peşəkarların köməyinə ehtiyacımız var. Bir sözlə, “Bakı” tezliklə fəaliyyətini bərpa edəcək. Məqsədimiz dəyişməz olaraq qalır. Azərbaycan futboluna, idmanına fayda vermək istəyirik. Azərbaycanda bu gün istər idmana, istərsə də futbola ölkə rəhbərliyi səviyyəsində böyük diqqət və qayğı var. Biz də bu işdə üzərimizə düşəni etməyə tam hazırıq”.

 

Sonda Hafiz Məmmədov bu gün Avroliqada növbəti oyunlarına çıxan “Qəbələ” və “Qarabağ”a uğurlar arzulayıb: “Həm “Qəbələ”, həm də “Qarabağ” bu gün Avroliqada növbəti oyunlarını keçirirlər. Hər iki klubumuza uğurlar arzulayıram. İnanıram ki, onlar yenə də öz oyunları, qazanacaqları nəticə ilə azarkeşləri sevindirəcəklər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail