"Qəbələ" nəhayət ki, uduzdu

01.12.2016 | 3401 dəfə oxunub

“Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Stadium.Az xəbər verir ki, Premyer Liqanın XIII turunun “Qarabağ”la səfər matçında 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” mövsümdə ilk dəfə xalsız qalıb. 

Roman Qriqorçukun komandasının son məğlubiyyyəti ötən mövsümün XXXIV turuna təsadüf edib. Həmin vaxt da “Qarabağ”la səfər oyununda xalsız qalan qəbələlilər 0:2 hesabı ilə uduzub. Mayın 11-dəki məğlubiyyətdən sonra “qırmızı-qaralar” keçirdiyi 14 qarşılaşmada 10 qələbə qazanıb, 4 heç-heçə etmişdi. 202 gündən sonra xalsız qalan əyalət klubu öz tarixində 3-cü nəticəyə imza atıb.

“Qəbələ” 2011-ci ildə ardıcıl 16 görüşdə uduzmamışdı ki, bu rekordu təkrarlamaq üçün komandaya iki matç çatmayıb. Ötən il isə “qırmızı-qaralar” 15 oyundan ibarət seriyaya imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail