Tofiq Bəhramovun abidəsi Respublika stadionu önündən götürüldü

14.11.2011 | 6335 dəfə oxunub

Məşhur azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun heykəli Respublika stadionunun qarşısından götürülüb. Stadium.az xəbər verir ki, abidə stadionun inzibati binası önündə quraşdırılıb.
 
Bu yerdəyişmə arenada aparılan əsaslı təmir işləri çərçivəsində baş tutub. Artıq məşhur hakimimizin abidəsini uzaqdan görmək mümkün deyil. Arenanın direktoru Akif İsmayılov Lent.az-a açıqlamasında bildirib ki, abidənin götürülməsinə təmir işləri aparılan zaman qərar verilib. Belə dəyişiklik həm stadionun əsas girişinin qarşısını genişləndirmək, həm də abidənin inzibati bina qarşısında daha möhtəşəm görünüşünü təmin etmək məqsədilə edilib. Onun sözlərinə görə, heykəlin ətrafına mərmər döşənəcək, üstündə Bəhramovun doğum və dünyadan köçdüyü tarixlər də yazılacaq.
 
Qeyd edək ki, Tofiq Bəhramovun heykəlinin açılışı 2004-cü il oktyabrın 13-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – İngiltərə matçından öncə olub. Mərasimdə AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyev, FİFA prezidenti Yozef Blatter, hazırkı UEFA prezidenti Mişel Platini və İngiltərə Futbol Assosiasiyasının rəsmiləri də iştirak ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail