Mais Mənsimov: "Xəzər Lənkəran" ətrafinda şayiələrin yaranmasında müəyyən dairələr maraqlıdır"

14.11.2011 | 7736 dəfə oxunub

Son zamanlar idman ictimaiyyətində “Xəzər Lənkəran” Futbol Klubu daxilindəki proseslər geniş müzakirə olunur. Obyektiv məlumatlarla yanaşı daha çox uydurmalara rast gəlinir. Bu cür söhbətlərə son qoymaq məqsədilə prezident Mais Mənsimov klubun rəsmi saytına müsahibəsində məsələlərə aydınlıq gətirib.

Stadium.az həmin müsahibəni təqdim edir:
 
- Mais müəllim, klubdakı son durumu necə xarakterizə edə bilərdiniz?
- Bildiyiniz kimi, “Xəzər Lənkəran” bu mövsümə uğurlu start verdi. Çempionatın başlanğıcından etibarən turnir cədvəlinin zirvəsində qərarlaşmışıq ki, bu da komandamızın yaxşı oyun sərgilədiyinin əyani sübutudu. Sevindirici haldır ki, Avroliqanı tərk etdikdən sonra komandamız qısa müddətdə toparlanmaqla yeni mövsümə köklənməyi bacardı.
 
- Premyer Liqanın axırıncı turundakı məğlubiyyətdən sonra mətbuatda komanda barəsində ziddiyyətli məlumatlar yer alıb. Klubun prezidenti olaraq hazırki vəziyyəti dəyərləndirməyinizi xahiş edirik.
- Həmin oyundan dərhal sonra komandanın ümumi toplantısı keçirildi. Orada məşqçi və oyunçu heyəti tam tərkibdə iştirak etdi. Toplantıda şəxsən komandanın zəif çıxışı ilə bağlı narazılığımı bildirdim. Öz növbəsində məşqçi heyəti öz tərəfindən söz verdi ki, buraxılan səhvlər təhlil ediləcək və gələcəkdə təkrarlanmayacaq. Böyük hesablı məğlubiyyətə dərhal reaksiya verməyimizin səbəbi odu ki, “Xəzər Lənkəran” hər zaman yalnız çempionluğa oynayan bir klubdu və komandanın göstərdiyi nəticələr onun iddiasını əks etdirməlidi.
 
- Yayılan şayiələrdə ən çox rast gəlinən qapıçı Kamran Ağayevdi. Onun baş məşqçi Mirça Redniklə münaqişədə olduğu bildirilir. Həmçinin onun komandadan gedişi ilə bağlı bir-birini təkzib edən məlumatlar mətbuatda yer alıb. Bütün bunlarla bağlı sizin fikrinizi bilmək istərdik.
- Elə bu gün Kamranla görüşüm olub. O mənə məşqçi ilə heç bir probleminin olmadığını bildirdi. Öz növbəsində Mirça Rednik də bunu təsdiq edir. Odur ki, münaqişə haqda olan məlumatlar qətiyyən həqiqəti əks etdirmir. Kamran Ağayev artıq neçə mövsümdü ki, “Xəzər Lənkəran”ın şərəfini qoruyur. Məhz burada o, yüksək səviyyəli qapıçı kimi formalaşıb milli yığmamızın bir nömrəli qapıçısı olub. O özü də bunu yaxşı anlayır. Onu deyə bilərəm ki, bugünkü görüşümüzdə Kamran klubla müqaviləsinin artırılmasını məndən xahiş etdi. Beləliklə, Kamran 2014-cü ilin yayına qədər “Xəzər Lənkəran”a məxsus futbolçudu.
 
- Sizcə bu cür şayiələrin yaranmasının səbəbi nədir?
- Hesab edirəm ki, belə şayiələrin yaranması təsadüfi deyil. Bunların arxasında müəyyən dairələr durur. O dairələr ki, “Xəzər Lənkəran”ın uğurlu startından, yaxın izləyicisindən vaxtilə 7 xala qədər olan fərqindən qorxaraq komandamızı belə qeyri-idman vasitələrilə sarsıtmaq istəyirlər. Amma “Xəzər Lənkəran”da hökm sürən komanda ruhuna bu cür cəhdlər təsir edə bilməz. Komandamız həmişə olduğu kimi, yenə də meydanda göstərdiyi oyunla öz sözünü deyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail