Tahir Süleymanov: "İnanırıq ki, AFFA "Neftçi"yə də hümanist münasibət göstərəcək"

14.11.2011 | 5759 dəfə oxunub

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin qərarına münasibət bildirib.

Stadium.az xəbər verir ki, Süleymanov klubun rəsmi saytına açıqlamasında bunları deyib: "Bildiyiniz kimi, Unibank Premyer Liqasının XII turu çərçivəsində keçirilmiş "Neftçi" - "Xəzər Lənkəran" oyununda futbolçumuz Rəşad Abdulayev rəqib oyunçuya qarşı etdiyi hərəkətə görə dərhal rəqibindən üzr istəmişdi. Sonradan isə Rəşad Abdullayev istər klub daxilində, istərsə də KİV-ə açıqlamalarında yaranmış vəziyyətə görə peşmanlığını dilə gətirmiş və belə halın bir daha təkrarlanmayacağını demişdi. Bunları nəzərə alaraqAFFA-nın İntizam Komitəsiniın futbolçumuza verdiyi 4 oyunluq cəzanın yüngülləşdirilməsi üçünAFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət ünvanlamışdıq. Təəssüf ki, məsələyə sözü gedən qurumda baxılmış və qərar dəyişdirilməmişdir.

Təcrübə göstərir ki, belə hallarda AFFA-nın Apellyasiya və Ekspert Komitəsi klublara öz humanist münasibətini əsirgəməmişdir. Misal üçün, Rəşadın hərəkətinin eynini "Bakı"nın hücümçusu Jaba və "Xəzər Lənkəran" klubunun qapıçısı Kamran Ağayev də etmiş, amma sonradan Apellyasiya və Ekspert Komitəsi onların cəzalarını yünülləşdirmişdi. Biz "Neftçi" PFK olaraq bir daha müraciət edəcəyik. Rəşad Abdulayevin səhvini başa düşməsi, ölkənin aparıcı futbolçularından olması və qeyd etdiyim kimi, digər klubların futbolçularına göstərilən humanist münasibət inanırıq ki, "Neftçi"yə də göstəriləcək".



  #1   Adınız: baki azerkesi;   E-mail: [email protected]

15.11.2011 08:46

Jimmi sen yene Bakinin adini cekirsen

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail