Rəşad Sadıqov açıqladı: "Fiorentina"ya qarşı oynayacaq?

07.12.2016 | 5168 dəfə oxunub

“Qarabağ” sabah Avropa Liqasında tarixi oyununa çıxacağıq. Stadium.Az xəbər verir ki, Ağdam klubu qrupun son oyununda İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək. “Qarabağ” bu oyunda qələbə qazanacağı halda digər matçın nəticəsindən aslı olmayaraq qrupdan çıxacaq. Meydana çıxması sual altında olan komandanın kapitanı Rəşad Sadıqov bu tarixi oyun barədə saytımıza açıqlama verib. Rəşad əvvəlcə oyunun əhəmiyyətindən danışdı:

“Bizi tarixi oyun gözləyir. Hər kəs üçün bu oyunun əhəmiyyəti böyükdür. Sabah “Qarabağ” qələbə qazansa Azərbaycan futbolunda bir ilk yaşanacaq. Bu isə tarix deməkdir. Bizi öz uğurumuzla yanaşı həm də azarkeşlərimiz maraqlandırır. Onlara bu sevinci yaşatmaq istəyirik. Bilirik ki, bizə ümidlər çoxdur. Buna görə də, əlimizdən gələni edərək qələbə qazanmağa çalışacağıq. Ümid edirik ki, tarix bu dəfə təkrarlanmayacaq və əvvəlki İtaliya təmsilçisi “İnter”lə oyundakı aqibəti yaşamayacağıq. Bu dəfə irəli getmək zamanıdır. Biz də bunu yaxşı başa düşürük və əlimizdə gözəl fürsət var. İstəklərimiz çox gözəldir, amma onu da fikirləşməliyik ki, rəqibimiz İtaliyanın adlı-sanlı klublarından olan “Fiorentina”dır. Son dərəcə diqqətli olmalıyıq. Adi bir səhv bizə baha başa gələ bilər”.

Rəşad meydana çıxıb çıxmayacağına da aydınlıq gətirdi: “Zədəm barədə daha əvvəl məlumat verilib. Mən müayinədən 4 həftə sonra məşqlərə başlamalı idim. Ancaq 2 həftə sonra başlamışam. Komandamın yanında olmaq istəyirəm. Maksimlə Mişelin oynamayacağı vəziyyəti dəyişib. Buna görə komandaya kömək etmək istəyirəm. Meydana çıxıb-çıxmayacağım oyun saatı bəlli olacaq. Ancaq həkimlər riskli olduğunu bildirirlər. İnşAllah ki, hər şey yaxşı olar və meydana çıxıb komandaya köməyimi edərəm. Həqiqətən belə oyunda kənarda qalmaq adama pis təsir edir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail