Stadium.Az saytının əməkdaşının "Qarabağ"la bağlı sualı italiyalıların alqışlarıyla qarşılandı

07.12.2016 | 7603 dəfə oxunub

Sabah Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ" İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək. Stadium.Az xəbər verir ki, rəqib komandanın baş məşqçisi Paulo Souza qarşılaşmayla bağlı bu gün mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb. Bu zaman Stadium.Az saytının əməkdaşı Nurlan Cəfəri Souzaya “Qarabağ" klubunun tarixi haqqında məlumatınız varmı” sualını ünvanlayıb. O isə cavabında bu barədə məlumatsız olduğunu və bu haqda elə əməkdaşımızın ona məlumat verməsini istəyib. Nurlan Cəfəri isə “Fiorentina”nın baş məşqçisinə “Qarabağ”ı belə anladıb:

Qarabağ” bizim olan, amma bizdə olmayan torpaqlarımızı təmsil edir. “Qarabağ dünyada yeganə güllə səsləri altında futbol oynayaraq, baş məşqçisini müharibədə şəhid vermiş klubun adıdır”.

Bunun üzərinə isə Paulo Souza təkrar-təkrar əməkdaşımıza təşəkkürünü bildirib.

İtaliyalı jurnalistlər isə əməkdaşımızın cavabına alqışlarıyla cavab veriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail