Xaqani Məmmədovun arsız yalanı üzə çıxdı - FOTO

09.12.2016 | 3892 dəfə oxunub

2017-ci ilin FİFA hakimlərinin UEFA kateqoriyaları açıqlanıb. Stadium.Az saytının məlumatına görə, UEFA zona üzrə baş hakimləri elit, 1-ci, 2-ci və 3-cü kateqoriyalara bölüb.

Azərbaycan hakimlərindən Əliyar Ağayev 2-ci, Rəhim Həsənov 3-cü kateqoriyada qalıb. FİFA statusunu yeni əldə edən Ömər Paşayev də sonuncular sırasındadı.

Siyahının ən diqqətçəkən məqamı isə məhz Ağayevlə bağlıdı. Onun 1-ci kateqoriyaya yüksələcəyi barədə xəbərlər yayılsa da, bunların şayiədən başqa bir şey olmadığı üzə çıxıb. Təmsilçimiz 2-ci kateqoriyadan irəli gedə bilməyib.

Həmin şayiə öncə AFFA rəsmiləri tərəfindən mediaya sızdırılıb, daha sonra isə Hakimlər Komitəsinin sədri  Xaqani Məmmədov tərəfindən televiziyada rəsmən açıqlanıb. Çünki FİFA hakimlərinin adları, həmçinin kateqoriyalarını ölkəmizdə ilk bilən məhz Məmmədov və rəhbərlik etdiyi komitə olur.

 

Həmin dezinformasiyanın mətbuata çıxmasının səbəbi də başadüşüləndi. Topaz Premyer Liqasında sıralanan hakim səhvlərini, xüsusilə, “Qarabağ” – “Qəbələ” görüşündə yaşananları unutdurmaq, diqqəti başqa yerə cəlb etmək lazım idi. Ağayev yalanı da məhz bu məqsədə xidmət edib. Bir sözlə, bu,  Məmmədovun yetirmələrinin uğursuz idarəçiliyini yalançı uğurla ört-basdır etməyə çalışmasına bənzəyir.

Qalmaqalın müzakirələrini Ağayevin uğuruna yönləndirmək üçün 10 milyonluq auditoriya qarşısında çıxan Məmmədov ağ yalandan da çəkinməyib. Əslində, bunu bacarıb. Çünki qalmaqallı oyun artıq unudulub. Amma yalan da artıq üzə çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail