"Qarabağ" üçün ikinci Rəşad Sadıqov ŞOK-u

15.11.2011 | 5169 dəfə oxunub

«Qarabağ» klubunun və millimizin müdafiəçisi Rəşad Sadıqov üçün 2011-ci ilin futbol mövsümü demək olar ki, indidən başa çatıb. Stadium.az xəbər verir ki, oktyabrın 31-də komandasının məşqləri zamanı qolu qırılan futbolçunun bu həftənin bazar günü «Qarabağ»ın «İnter»lə çempionat oyununa qədər bərpa olunacağı gözlənilirdi.

Lakin futbolçunun rentgen müayinəsinin nəticələri Türkiyəyə göndərildikdikdən, eləcə də Bakıda bir sıra yerli həkimlərlə məsləhətləşmələrdən sonra məlum olub ki, Rəşad bundan sonra hələ 4-5 həftə də məşqə çıxa bilməyəcək. Sadıqov özü də məlumatı təsdiqləyib. Qeyd edib ki, həkimlər ona tələsməməyi məsləhət görüblər: «Əgər nəzərdə tutulan vaxtdan tez gipsi açıb məşqlərə başlasam, o zaman daha çox əziyyət çəkə bilərəm. Ona görə də həkimlərə qulaq asıb gözləyirəm. Bir həftə əvvəl Türkiyədən cavablar gəldi və dedilər ki, 4-5 həftə oynamamalısan. Hələ 10-15 gün sonra qolumu bir də yoxlatdırmalıyam. Ola bilər, həmin vaxt gipsi sökdürdüm. Amma həttə bu halda belə, mən qolumun tam sağalması üçün daha iki həftə gözləməli olacağam» - deyə R.Sadıqov bildirib.

O həmçinin qeyd edib ki, zədəsi tez sağalsa belə, «Qarabağ» komandasına ən yaxşı halda dekabrın ayının sonlarındakı matçlarda kömək edə bilər.

«Qarabağ»ın bu il üçün çempionatdakı son iki oyunu dekabrın 16-da Quzanlıda «Rəvan»a, dekabrın 21-də isə səfərdə «Qəbələ» klubunu qarşı olacacaq.

Qol.Az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail