"Qarabağ"a biq qol çatmadı

19.12.2016 | 3589 dəfə oxunub

“Qarabağ” mövsümdə ilk dəfə ev oyununda xal itirib. Stadium.Az xəbər verir ki, bu, Premyer Liqasının XIV turunda baş verib. “İnter”lə qarşılaşan Ağdam təmsilçisi meydanı 1 xalla tərk edib – 0:0.

Əyalət klubu bunadək cari çempionatın bütün ev oyunlarında qələbə qazanmışdı. “Neftçi” (3:0), AZAL (6:0), “Zirə” (2:0), “Sumqayıt” (3:0), “Kəpəz” (1:0) və “Qəbələ” (2:1) üzərindəki qələbələr ötən mövsümdən başlayan seriyanın davamı olub.

Belə ki, “Qarabağ” 2015/16 mövsümünün ikinci yarısında da öz meydanında xal itirməmişdi. “Xəzər Lənkəran”ı 3:0, “Neftçi” və “Zirə”nin hər ikisini 2:0, “Rəvan”ı 5:1, “Kəpəz”i 4:0, “İnter”i 2:0, “Sumqayıt”ı 1:0, “Qəbələ”ni 2:0 və AZAL-ı 3:0 yenən Qurban Qurbanovun komandası yeni mövsümə 9 matçlıq qələbə seriyası ilə başlamışdı. 

“Qarabağ”ın “İnter”ə qədərki son ev itkisi 2015-ci ilə təsadüf edib. Dekabrın 19-da “Qəbələ” ilə qollu heç-heçə (1:1) edən ağdamlılar 364 gündən sonra öz meydanında qalib gələ bilməyib. 2016-cı ildəki ilk və yeganə xal itkisinə qədər ardıcıl 15 qələbə qazanan komanda klubun tarixində 2-ci nəticədir. Əyalət təmsilçisi 1992-93-cü illərdəki 16 oyunluq qələbə seriyasının 1 addımlığında dayanıb. “Qarabağ”ın indiki nailiyyəti isə Azərbaycan çempionatlarının tarixində 7-ci nəticədir. 

PFL




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail