"Ad günümdə nə vaxtsa bu qədər üzüldüyüm yadıma gəlmir"

20.12.2016 | 2799 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIV turunda “Qəbələ” ilə səfərdə keçirilən oyun “Kəpəz”in müdafiəçisi Renan Alvesin uzun müddət xatirindən çıxmayacaq.  Gəncə klubunun 1:2 hesabı ilə məğlub olduğu oyunda Alves penaltiyə səbəb olmaqla yanaşı, həm də meydandan qovulmuşdu.

Stadium.Az xəbər verir ki, futbolçu klub saytına açıqlamasında bu oyun haqqında danışıb:

“Qəbələ” ilə oyun günü mənim üçün özəl gün idi. Bildiyiniz kimi, doğum günümü qeyd edirdim. Təbii ki, uğurlu nəticə qazanıb bunu özümə hədiyyə etmək istəyirdim. Təəssüflər ki, alınmadı, hətta deyərdim daha pis oldu. İki penalti və qırmızı vərəqə heç yerinə düşmədi. Karyeramda belə şey olmamışdı. Ad günümdə nə vaxtsa bu qədər üzüldüyüm yadıma gəlmir. Məğlubiyyətin məsuliyyəti mənim üzərimdə qaldı”.

“Kənardan elə görünür ki, rəqibin qələbə qazanmasına mən kömək etdim. Əslində elə deyil. Mən hər oyunda “Kəpəz”in qələbəsi üçün çalışıb, əlimdən gələni etməyə səy göstərirəm. Amma bu dəfə başqa cür oldu”.

Renan “Kəpəz” azarkeşlərinin dəyər verdiyi, sevdiyi futbolçular arasındadır. Elə məğlubiyyətə baxmayaraq matçdan sonra fanatlar müdafiəçiyə təsəlli verərək, dəstək olublar: “Mənim üçün iki penalti və qırmızıya görə çətin gün olmuşdu. Amma azarkeşlər verdikləri dəstəklə mənə mənəvi cəhətdən dayaq olduqlarını göstərdilər. Bu, futbolçuya güc verir. Mütləq geri dönüş edəcəyəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail