Riçard Almeyda İtaliyaya transfer olur?

22.12.2016 | 7221 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda gələn ay, qış transfer pəncərəsi dönəmində “Qarabağ”ı  tərk edə bilər. Stadium.Az xəbər verir ki, bu haqda İtaliyanın “Tuttomercatoweb” saytına futbolçunun agenti Qaetano Montalban məlumat verib.

O bildirib ki, uzun müddətdir Riçard Almeydaya Avropadan çoxsaylı təkliflər var: “Onlardan ikisi İtaliya A seriyasında yarışan klublardır. Bu ilin yayında Almeyda bu klublardan birinə keçə bilərdi, amma alınmadı. Buna baxmayaraq, həmin klublar indiyədək onun oyununu izləməkdə davam edirlər. Riçard özü də İtaliyada oynamağa hazırdır”. 

FİFA meneceri Riçard Almeydanın "Qarabağ"ın uğurlarında böyük xidmətləri olduğunu bildirib. Braziliyalının futbolçu özəlliyi haqda ətraflı danışan Qaetano Montalban bildirib ki, "Qarabağ"ın Avroliqanın qrupuna düşməsində Almeydanın də böyük köməyi olub. 

O bildirib ki, artıq gələn ay Almeydanın İtaliya A seriyasına transferi baş tuta bilər. Qaetano Montalban həmin klubların adlarını açıqlamayıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail