"Qarabağ"dan rəsmi açıqlama: “Almeyda ilə bağlı bizə heç bir rəsmi təklif gəlməyib"

22.12.2016 | 5184 dəfə oxunub

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl komandanın aparıcı oyunçusu Riçard Almeydanın İtaliya klublarından təklif alması haqda yayılan xəbərə münasibət bildirib.

Stadium.Az xəbər verir ki, klub rəsmisi açıqlamasında braziliyalı yarımmüdafiəçi ilə bağlı rəsmi təklif almadıqlarını deyib: “Almeyda ilə bağlı bizə heç bir rəsmi təklif gəlməyib. Təklif olsa, hər halda dəyərləndirərik”.

Futbolçunun agenti Qaetano Montalban İtaliya mətbuatına açıqlamasında Almeydanın da İtaliya klublarında oynamağa hazır olduğunu bildirib. O, hətta yayda Almeydanın İtaliya A seriyası klublarından birinə keçməyə yaxın olduğunu vurğulayıb.

Əmrah Çəlikəl isə Almeydanın “Qarabağ”dan ayrılmaq istədiyinə inanmadığını qeyd edib: “Burada baş məşqçi Qurban Qurbanovun və futbolçunun fikri əsasdır. Mən bilirəm ki, Almeyda “Qarabağ”da xoşbəxtdir, Azərbaycanı sevir.  Bəlkə də Almeydanın meneceri kimlərləsə danışıb. Ancaq kluba hər hansı bir müraciət edilməyib. Nə qədər ki, kluba rəsmi müraciət daxil edilməyib, bu xəbərlər bizim üçün əhəmiyyət daşımır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail