Ramin Musayev: "Məsləhət görmürəm, vacib bilmirəm ki, onunla bu haqda danışım"

23.12.2016 | 5830 dəfə oxunub

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ötən gün "CBC Sport"da yayımlanan "Üçüncü hissə" verilişinin qonağı olub.

Stadium.Az xəbər verir ki, Musayev bir sıra maraqlı açıqlamaları ilə yadda qalıb. O, son günlərin qalmaqalı mövzusu olan danışılmış oyunlar məsələsinə də münasibət bildirib:

"Danışılmış oyunlarla bağlı Azərbaycan Premyer Liqası haqqında heç bir məlumat yoxdu. Ola da bilməz. Mən bu məsələdə UEFA-nı yox, bizim öz daxilimizdən qitə futbol qurumuna məktub göndərən insanları qınayıram. Bilmirəm bunlar kimlərdi. Adları hallanan komandaların oyununa baxırsan və sübuta yetirilə biləcək bir şey görmürsən. Biri var oyundan əvvəl məlumat verilə ki, burda nəsə ola bilər. Ümumiyyətlə o "stavka” necə olur, and olsun Allaha, anlayışım yoxdu".

O, danışılmış oyunlarda iştirak etməkdə şübhəli bilindiyi üçün hakimlikdən uzaqlaşdırılan Anar Niyazov barədə də danışıb:

"Anar Niyazovun epizoduna baxmışam Başa düşə bilmirəm ki, bu Anardısa, niyə belə səhvlərə yol verir. Bu Azərbaycan futbol tarixində 2-3 səhvdən biridi. Səhv etmirəmsə, “Turan”ın oyunçusu topa zərbə vurur. Top yerdən 10 sm belə yuxarı qalxmır. Futbolçu ümumiyyətlə əyilmir. Niyazov sarı vərəqə göstərir əllə oyuna görə. Bilmirəm artıq futbolçunun əli nə qədər uzanır dəyir yerə, Anar necə görür bunu? Mənə çatmır bu. Heç bu haqda söhbət də etməmişik. Məsləhət görmürəm, vacib bilmirəm ki, onunla bu haqda danışım. Çünki buna cavab yoxdu". 

PFL rəhbəri vaxtı ilə çalışdığı "Neftçi"nin indiki acınacaqlı durumundan da söz açıb:

"Turnir cədvəlinə baxanda ürəyim ağrıyır. Danmıram, beş il o klubda çalışmışam. O, beş ildən də əvvəl “Neftçi”yə azarkeşlik etmişəm. Bu gün də o komandanı sevirəm. “Qarabağ”, “Qəbələ” bu komandalar mənim üçün ikinci dərəcəlidi. İki komanda oynayanda qəlbimdə “Neftçi”yə azarkeşlik edirəm. Bunu gizlətmirəm. “Neftçi” “Qəbələ”yə 0:8 uduzanda mənim evimə iki təcili yardım gəldi. “Neftçi”nin bu vəziyyətə düşməsi səbəbsiz deyil. Məndən incisə də, deyəcəm, Vəli Qasımovun həmin komandaya gəlməsi səhv addım idi. Bu gün Vəli Qasımov deyir ki, çempionatımızın səviyyəsi aşağıdı, düz deyir. Vəli Qasımov kimiləri klubda çalışanda səviyyə də aşağı düşəcək. Vəlini ora gətirən insan onunla birgə çalışırdı. Söhbət futbolçuların aldığı məvacibdən getmir, söhbət onların səviyyəsindən gedir. Siz deyəndə də həqiqət var ki, bəs klub rəhbərləri hara baxırdı? Özünü Avropa səviyyəsində futbolçu kimi görmüş, İspaniyadan vurub Portuqaliyadan çıxmış adam elə futbolçuları gətirsin ki, komandaya.

Mən “Neftçi”də işləyəndə Qurban Qurbanov Vladimir Miçoviçi komandada görmək istəmirdi. Ruslan Məcidovu götürmək istəyirdi komandaya. Dedim, Qurban, axı Məcidovla Miçoviçin keçdiyi yol bir deyil. Hətta aramızda narazılıq da oldu, küsdük də. Bir-iki ay da danışmadıq. “Rid”lə oyuna hazırlaşırdıq. Qurban komanda ilə birgə getdi toplanışa. Miçoviç qaldı Bakıda. Sonra serb qapıçını özümlə götürüb apardım ora. Dedim klub rəhbəriyəmsə, bu qolkiper komandada qalacaq. Nəticəsi də oldu. Yoxlama görüşlərində Məcidov elə səhvlər buraxdı ki... Gördü ki,mən haqlıyam. Qurbanov onda gənc məşqçi idi, yeni başa vurmuşdu karyerasını. O, səhvə yol verə bilərdi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail