"Qarabağ"da 12 illik rekord təzələndi

26.12.2016 | 5582 dəfə oxunub

Azərbaycan kubokunun 1/4 final mərhələsi “Qarabağ”ın məhsuldar çıxışı ilə əlamətdar olub. 

Stadium.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Sumqayıt”la oyunlarda 11 qol vurub. Evdə 6:0, səfərdə isə 5:2 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun komandası son 12 mövsümdə ilk dəfə eyni rəqibə 11 top vurub.

Əyalət klubunun son belə uğuru 2004/05 mövsümündə qeydə alınıb. 1/16 final mərhələsinin “Ədliyyə-2” (sonradan “Böyük Vadi” adlanıb) ilə qarşılaşmalarında da “Qarabağ” rəqibini 11 dəfə məyus edib. Ağdamlılar səfərdə 4:1, evdə 7:2 hesablı qələbə qazanıb.

Ağdam klubunnun tarixində mütləq rekord isə 1997/98 mövsümünə təsadüf edib. 19 il əvvəl 1/16 finalın “Naftalan”la görüşlərində “Qarabağ” 14 qol vurub – 12:0, 2:1.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail