Atasından Kamranla bağlı açıqlama: "Bununla bağlı heç kimdə şubhə olmasın"

26.12.2016 | 5963 dəfə oxunub

"Kamran deməyib ki, atam üçün darıxdığıma görə Azərbaycana qayıdacam. Düzü, ata-oğul kimi bir-birimizə çox bağlıyıq. Məncə, eyni hisslər bütün normal ailələrdə yaşanır.  Hansı ağlı başında olan övlad valideyni və valideynlər övladını istəmir? Kamran bir neçə ay ölkə xaricində olduğundan mənim üçün darıxdığını dilə gətirib ki, onun söylədikləri başqa cür yozulub". 


Stadium.az xəbər verir ki, bu sözləri "Boavişta"nın qapıçısı Kamran Ağayevin atası Adil Ağayev "Futbol +"a  oğlunun Azərbaycana qayıdacağı iddialarına münasibət bildirərkən deyib.

O, müqaviləsi olduğu üçün oğlunun ən azı mövsümün sonuna kimi "Boavişta"nın şərəfini qoruyacağını söyləyib:

"Bununla bağlı heç kimdə şübhə olmasın. Portuqaliya klubunun baş məşqçisi onun xətrini çox istəyir, güvənir, daim əsas heyətdə oynadır. Belə olan halda Kamran niyə Azərbaycana qayıtsın ki? Heç mən də onun geri qayıtmasına razı olmaram. Qolkiper üçün yaşı çox da deyil. Orda özünü yaxşı tərəfdən göstərməyi bacarıb, daha iddialı klubların diqqətini cəlb edə bilər. Yazırlar ki, Kamran "Neftçi" ilə müqavilə bağlayacaq. Bu, doğru deyil axı. Çünki o uzun illər "Xəzər Lənkəran"ın şərəfini qoruyub. Bu iki klubun azarkeşlərinin bir-birinə münasibəti hamıya məlumdu. Sabah bir uğursuz qarşılaşma olsa, "Neftçi" fanatları istər-istəməz bu məqamı qabardıb, ona əlavə psixoloji problmemlər yaradacaqlar. Fikrim var, yanvardan sonra Kamranın yanına gedəm. Mən orda olsam, yəqin ki, darıxmayacaq, bütün fikrini futbola yönəldəcək. Bir ata kimi istəyirəm ki, onun səsi-sorağı Avropanın aparıcı klublarından gəlsin".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail