Filip Ozobiç: "Bakı Paris kimi gözəldi"

27.12.2016 | 5694 dəfə oxunub

“Qəbələ"də işlərim yaxşı gedir. Milli komandaya dəvət almağım mənim üçün gözəl bir mükafatdır. Ümid edirəm ki, etimadı doğrulda biləcəm. 

 Stadium.az xəbər verir ki, bu sözlər “Qəbələ”nin və Xorvatiya millisinə dəvət alan Filip Ozobiçə məxsusdur. 25 yaşlı yarımmüdafiəçi yığmaya dəvət almağı yaxşı şans hesab edib:

“Bu, hər bir futbolçunun yaxşı şansdır. Yığmaya dəvət alan futbolçular bunu haqq edirlər. Özümü yaxşı göstərsək, sonda bizi işıqlı günlər gözləyir”.

Bu mövsüm “Qəbələ”nin heyətində 10 qol vurub, 7 məhsuldar ötürmə edən futbolçu ölkəmiz haqda danışıb:

“Bakı möhtəşəm şəhərdir. Böyükdür və Paris kimi gözəldir. Mən Bakını “yeni Dubay” adlandırıram. Azərbaycanda futbola böyük yatırım edilib. Amma stadionlara azarkeş az gəlir. Ümid edirəm ki, bu vəziyyət də düzələcək”.

Filip Ozobiç həmyerlisi və milli komandamızın çalışdırıcısı Robert Prosineçkini tərifləyib:

“Robert Prosineçki Azərbaycanın 1 nömrəli ulduzudur. O, ölkə prezidenti ilə də görüşüb və uğurlu çıxışlara görə təbrikləri qəbul edib”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail