Jurnalistlər Elşən Abdullayevin "Qarabağ"a keçidini doğru hesab edirmi? - SORĞU

27.12.2016 | 8444 dəfə oxunub

Elşən Abdullayevin "Qarabağ"a keçidi heç də az səs-küyə səbəb olmadı. Buna sevinənlər də oldu, Elşəni qınayanlar da. Qınayanların əsası budur ki, "Qarabağ"da əsas heyətda oynamaq heç də asan olmayacaq. Belə olan halda "Qarabağ"da ehtiyatda oturmaqdansa digər ortabab klublarda əsas heyətdə oynamaq, irəli getmək daha məqsədə uyğun olardı.

Stadium.az saytı olaraq məsələ ilə bağlı idman jurnalistlərinin də fikrlərini öyrənməyə qərar verdik. 

Elşən Abdullayevin bu qərarını irəliyə doğru atılmış müsbət addım kimi dəyərləndirmək olar, yoxsa olmaz sualına cavablar yenə də müxtəlif oldu.

Emin Abbasov (CBC Sport şərhçi): "Elşən Abdullayev oyun tərzinə görə "Qarabağ"a uyğun gələn futbolçudu. Amma bu komandada rəqabət böyükdü və bu üzdən gənclərin əksəriyyəti əsas heyət oyunçusu ola bilməyiblər "Qarabağ"da. Digər tərəfdən baxanda, Qurban Qurbanov onların hamısına kifayət qədər şans verib. Cavid Tağıyev, Namiq Ələsgərov və başqalarının yerini möhkəmlətmək üçün imkanı olub. Amma "Qarabağ"da oynamaq üçün Kintana, Miçel, Almeyda, Reynaldo kimi futbolçularla rəqabətə girməlisən. Yəqin ki, bunu Elşən özü də dərk eləyir. Fikirlər var ki, Elşən "Sumqayıt" və AZAL kimi klublara keçməliydi, inkişaf etməsi üçün. Həmin klublarda 23 yaşlı Elşən lider ola bilər, amma yeni səviyyəyə qalxa bilərmi? Mən hələki Azərbaycanda beləsini görmədim. Bir Bədavi Hüseynovu fərqləndirmək olar, amma o da "Sumqayıt"dan "Qarabağ"a gələndən sonra iki ilə yaxın vaxt lazım oldu əsas heyət oyunçusu kimi yetişməsinə. Elşən üçün Qara Qarayev nümunəsi var ən azından. Onun mövqeyinə o qədər namizəd var, lakin Qara yerini heç kimə vermir. Elşən istedadlı futbolçudu. İndi hər şey onun özündən asılıdı. "Qarabağ" onun üçün yeni səviyyəyə qalxmaq şansıdı. Ya bacaracaq, ya da gedib karyerasının sonuna qədər ortabab klublarda çıxış eləyəcək."

Ceyhun Rzayev (Xəzər tv Şərhçi): "Qurbanov onu çox bəyənir. 3 ildir istəyirdi onu. Qarabağda heyətə düşmək çətindir. Özündən də çox şey asılıdır. Verilən şansı dəyərləndirməlidir. Səhv seçim deyil məncə. Bir də ki, bu ölkədə heç kim Qarabağa yox deməz."

Saleh Arslan (Korner.az-da Baş redaktor): "Mən illər əvvəl demişdim ki, Qurban Qurbanovun əlinin altında böyümək gənc futbolçular üçün bir fürsətdir. Təəssüf ki, "Qarabağ"a keçən gənclərin heç də hamısı bu fürsətdən yararlana bilmədi. Şans verilmədi, yoxsa qazana bilmədilər - bu, başqa mövzudur. Elşənlə Namiqin "barter"ini heç cür başa düşmədim, açığı. Ələsgərov ötən mövsüm "Kəpəz"də heç də pis oynamırdı, ancaq Qurbanov onu komandaya geri qaytardı, bir tərəfdən "Kəpəz" Avroliqa öncəsi zərbə aldı, digər tərəfdən, heç "Qarabağ"da da forma üzü görmədi. Qurban bəyin seçiminə hörmətlə yanaşıram, ancaq mənə görə, Namiq hətta bugünkü forması ilə də Elşəndən zəif deyil. Bu baxımdan Ələsgərovun forma şansı qazana bilmədiyi heyətdə Abdullayevin yer alacağı məndə şübhə doğurur."

Anar Xanlarov (Rekord.az): "Vallah bu haqda yazı da yazdım. Fikirlər müxtəlifdir. Şəxsən mən inanmıram ki, bu keçid nə Elşənin, nə də Azərbaycan futbolunun xeyrinə ola. Çünki bu günə qədər formada olan futbolçular belə "Qarabağ"a keçib ehtiyatda qalıb. Şəhriyar Əliyev, Mahir Mədətov, Coşqun Diniyev, Cavid Tağıyev. Rahid Əmirquliyev kimi 10 ildir "Xəzər Lənkəran"da lider olan futbolçu şansı qazanmırsa, Elşən hardan qazanacaq? Özü də nəzərə alaq ki, bir ildir zədə səbəbindən futbol oynamır. Elşən ilk növbədə “Sumqayıt”, “Kəpəz” kimi klublara keçib həm əvvəlki formasını bərpa edə bilərdi, həm də daimi oynamaq şansı qazanardı. Məsələn, məndə olan məlumata görə, “Sumqayıt” onu istəyirdi. “Qarabağ”da ehtiyatda oturmaqdansa gedib “Sumqayıt”da əsas heyətdə oynayardı. Həm “Sumqayıt” bu il pis oynamır, Avropaya çıxmaq şansı da var. Orda daimi oynamaqda milliyə də düşmək şansı artacaqdı. Çünki Elşən çox istedadlı, bacarıqlı futbolçudur. Heyf ki, belə seçim etdi."



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail