"Adams ailəsinin Qəbələdə yaşaya bilmədiyini söylədi"

17.11.2011 | 4756 dəfə oxunub

Məlum olduğu kimi, “Qəbələ” klubunun ingiltərəli baş məşqçisi Toni Adams istefa verib. Stadium.az xəbər verir ki, klubun baş meneceri Zaur Əzizov komandadakı son vəziyyətlə bağlı məlumat verib:
 
“Komandada hər şey qaydasındadı, “Neftçi” ilə oyuna hazırlıqlar davam edir. Köməkçi məşqçilərdən biri Toni Adamsı əvəz edəcək. Bu, köməkçi məşqçilərdən Qari Stevens də ola bilər. Toni Adams komanda rəhbərliyinə ailə vəziyyəti ilə əlaqədar istefa verdiyini bildirib. O, ailəsinin Qəbələdə yaşaya bilmədiyini söyləyib. Bəlkə də, Adams özünü komandaya verə bilmirdi və bu, komandanın sabit oyun nümayiş etdirməsinə də təsir edirdi. Bu gün komanda rəhbərliyi tərəfindən iclas keçiriləcək və “Qəbələ”nin kimin rəhbərliyi altında oyunlara çıxacağı dəqiqləşəcək. Hələ ki, yeni baş məşqçinin kim olacağı barədə heç bir məlumat yoxdu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail