"Neftçi"nin yeni transferi: "Bu, mənim üçün yaxşı mənada sürpriz oldu"

07.01.2017 | 3804 dəfə oxunub

"Təbii ki, bura gəlməmişdən öncə "Neftçi” haqqında məlumat toplamışdım. Bilirəm ki, zəngin tarixi olan bir komandanın üzvüyəm". Stadium.Az xəbər verir ki, bunu "Neftçi"nin Çexiya "Slovan"ından transfer etdiyi futbolçu Zdenek Folprext yeni klubunun rəsmi saytına açıqlamasında deyib.

O, kollektivə tez uyğunlaşmasını özü üçün gözlənilməz sayıb. 

"Bu, mənim üçün yaxşı mənada sürpriz oldu" deyən çexiyalı yarımmüdafiəçi hədəflərini açıqlayıb: "Qarşımızda konkret məqsədlər var. "Neftçi” çempionatın daha yüksək pillələrində qərarlaşmalıdır. Hamımız bunu istəyirik. Üstəlik, ölkə kubokunda da mübarizəmizi davam etdiririk".

Folprext "Neftçi"yə daha tez uyğunlaşaraq, komandada uzun müddət qalmaq istədiyini də əlavə edib: 

"Komandada mənimlə yanaşı, bir neçə yeni futbolçu var. Çalışırıq ki, uyğunlaşma dövrünü mümkün qədər tez keçək. Hər şey yaxşı olsa, bu komandada daha uzun müddətə qalıb oynamaq istəyərəm".

Zdenek Folprext "Neftçi"yə mövsümün sonunadək icarəyə verilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail