Joze Alesio: "Ola bilər, "Barselona" favoritdir, amma..."

17.11.2011 | 6118 dəfə oxunub

Bu gün futzal üzrə Azərbaycan çempionu “Araz” UEFA Kubokunun elit raundunda ilk oyununa çıxacaq. Barselonada keçiriləcək Hollandiya “Eindhoven”i ilə ilk qarşılaşma öncəsi Naxçıvan təmsilçisinin baş məşqçisi Joze Alesio azerisport.az saytının suallarını cavablandırıb.
 
- UEFA Kubokuna hazırlıqlarınız necə keçib?
- Biz bura hazır gəlmişik. Amma məsələ burasındadı ki, heyətimizlə bağlı bəzi problemlər var. Məlum olduğu kimi, heyətimizdə 70 faiz dəyişiklik oldu. Cəmi altı gün əvvəl daha bir yeni oyunçunu heyətimizə qatdıq – Rafael Fuste. Yenə hazırlıqlarımızı davam etdiririk. Səhər bəzi videolara baxmalıyıq. Ondan sonra da son məşqimizi keçirəcəyik.

- Fuste necə təsir bağışladı?
- Normal futzalçıdı. Fikrimcə, bizə kömək edə biləcək. Amma təbii ki, altı günə özünü 100 faiz göstərmək də çətin məsələdi.
 
- Bu dəfəki elit raunda hansı hisslərlə başlayırsız?
- Uşaqlar barədə onu deyə bilərəm ki, hazırdılar. Oynamaq istəyi çoxdu. Məşqlərdə var gücləri ilə çalışırdılar. Şübhəsiz ki, bu da sevindirməyə bilməz.
 
- İlk oyun “Eindhoven”lədi. Hollandları nə dərəcədə yaxşı analiz edə bilmisiz?
- Bu komandanı zəif adlandıranlarla razı deyiləm. Hollandlar daim yüksək yerlər üçün oynayırlar. Hollandiya yığmasının baza klubu zəif ola bilməz. Onların Moskva “Dinamo”su ilə oyunlarına baxmışam. Aşkar görünür ki, yaxşı təşkilatlanmış komandadı.
 
- Bəs digər iki rəqiblə bağlı nə deyə bilərsiz?
- “Chrudim” də “Eindhoven” kimi, ölkəsinin baza klubudu. Üstəgəl, təcrübəli komandadı. 4-5 braziliyalısı da var. Bizim çexlərlə oyunlarımız həmişə çətin olub. “Barcelona”dan isə artıq danışmağa ehtiyac da yoxdu. Dünyanın ən yaxşı komandasıdı. Meydan sahibləri qrupumuzun favoritidi. Amma biz hələ hollandlar barədə düşünürük. Elit raund adi adi turnirlərdən deyil. Burda zəiflərə yer yoxdu. Mən başa düşürəm ki, hamı “Araz” – “Barcelona” finalından danışır. Düzdü, biz də favoritik. Amma turnirə başlamamış danışmaq tezdi. Axı o qədər də ideal vəziyyətdə deyilik.

- Bu, sizin üçün problem yarada bilər?
- Bəli. Amma biz mütəmadi məşq edirik.

- Sizin “Barcelona” üçün hansısa planınız var?
- Əlbəttə, var. Çoxlu videolara baxırıq. Rəqibin çox az zəif nöqtəsi var. Meydanda bir-birlərini çox yaxşı başa düşürlər. Mən də “Barcelona”nı necə məğlub etmək haqda düşünürəm. “Araz” yaxşı formada olsa, kataloniyalıları yenəcək.

- “Barcelona”nın baş məşqçisi hesab edir ki, “Araz” onların klubundan səviyyəli deyil...
- Bunu onlar deyirlər. Ola bilər ki, “Barcelona” favoritdi. Amma heç kim öncədən nə olacağını deyə bilməz. Əks halda qazanan elə bukmeker kontorları olardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail