"Qarabağ"dan revanş almaq istəyirik"

17.11.2011 | 5253 dəfə oxunub

“İnter”in müdafiəçisi Peter Xrappan müsahibəsində Azərbaycana gəlməsindən danışıb, Bakı və yerli futbol haqqında təəssüratlarını bölüşbü, həmçinin “Qarabağ”la keçiriləcək oyun barədə verilən sualları cavablandırıb.

Stadium.az həmin müsahibəni təqdim edir.
 
- Öncə bilmək istərdik, “İnter”ə necə gəldin?
- “Mənim “Mattersburg”la müqaviləm başa çatmışdı və komandamı dəyişmək istəyirdim. O zaman futbol agenti mənimlə əlaqə saxlayaraq “İnter” variantını təklif etdi. Mən də Sloveniyada təlim-məşq toplanışında olan komandaya baxışa gəldim və tezliklə klubla müqavilə imzaladım.
 
- Buraya gəlməzdən öncə Azərbaycan və yerli futbol haqqında hər hansı bir məlumatın vardı?
- Belə bir ölkənin olduğunu bilirdim, ancaq Azərbaycan futbolu barədə, səmimi desəm, heç nə bilmirdim. Bir vaxtlar burada oynamış həmyerlim İvan Pexa mənə Azərbaycan haqqında danışmışdı, lakin o zaman hələ bilmirdim ki, tezliklə mən də bu ölkəyə gələcəyəm.
 
- Yeni komandaya keçən futbolçu şəraitə uyğunlaşmaqda köməyə ehtiyac duyur. “İnter”ə tez bir zamanda uyğunlaşmağına daha çox kim yardım etdi?
- Hamı mənə köməklik göstərdi, lakin hamıdan çox Bronislav Çervenka yardım etdi.
 
- Bəs “İnter”in daxilində hökm sürən atmosfer və kollektiv barədə nə deyə bilərsən?
- Komandada hökm sürən atmosfer həmən xoşum gəldi. Burada hər-hansı bir qruplaşma, uşaqlar arasında heç bir fikir ayrılığı yoxdur.

- Bəs Bakı şəhəri barədə təəssüratın necə oldu?
- Bakı mənim yaşadığım son məkandan - Avstriyadan çox fərqlənir. Burada digər prinsiplər, ənənələr və digər mentalitet var. Avropada tam başqadır. Lakin etiraf edim ki, Bakı şəhəri çox xoşuma gəldi.
 
- Bir halda ki, Avstriyanı Azərbaycanla müqayisə etdin, o zaman bu ölkələrin çempionatlarını da müqayisə etməyini xahiş edirik…
- Azərbaycanda klublar daha çox texniki futbol oynamağa üstünlük verirlər, əsasən yerlə ötürmələrə üstünlük verməyə çalışırlar, Avstriyadasa bir çox klublar güc futboluna meyl edirlər. Avstriya və Azərbaycan çempionatları arasında başlıca fərqlərdən biri ondan ibarətdir ki, orada əsasən yerli futbolçular oynayırlar, buradasa legionerlər üstünlük təşkil edirlər.
 
- Komandada artıq mövsümü yarılamısan, onun heyətində birinci dövrəni başa vurmusan və Azərbaycanın bütün komandalarını görmüsən. “İnter”in rəqibləri arasında daha çox hansı komanda səndə güclü təəssürat buraxdı? Və sənin fikrincə, bu mövsüm hansı komandalar medallar uğrunda mübarizə aparacaq?
- “Xəzər-Lənkəran” və “Qəbələ” komandalarına qarşı oyunlar daha çox yadımda qaldı-bu komandalar çox ciddi və təhlükəli rəqiblərdir. Bu komandalardan başqa, fikrimcə, medallar uğrunda “Qarabağ” və “Neftçi” də mübarizə aparacaq. Ümumilikdə, bütün bu komandaların səviyyəsi təqribən eynidir.
 
- Növbəti turda komanda məhz “Qarabağ”la oynayacaq. Bu matç barədə nə düşünürsən?
- Yadımdadır, birinci dövrədə biz bu komandaya çətin şəraitlər üzündən məğlub olmuşduq. Belə ki, biz dəhşətli isti havada və o qədər də keyfiyyətli olmayan meydançada oynadıq  və bu da, əlbəttə ki, hər iki komandaya özlərini yaxşı tərəfdən göstərməyə mane oldu. Ümid edirəm ki, hazırda daha yaxşı şəraitlərdə oynamaqla daha səviyyəli və texniki futbol sərgiləmək bizə müyəssər olacaq. Turnir cədvəli nöqteyi-nəzərindən bizə qələbə çox lazımdır, axı qalib gəldiyimiz halda və yuxarı yerlərdəki komandaların xal itirəcəkləri təqdirdə, biz daha yüksək yerə addımlaya bilərik. Bununla belə, bütün bu suallara birbaşa cavabı qarşıdakı oyun verəcək və hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini göstərəcək.
 
- Komandanın daxilində hansısa revanş alımaq əhval-ruhiyyəsi mövcuddur? Digər sözlərlə, “İnter” birinci dövrədə məğlubiyyətin əvəzini çıxmaq üçün alışıb-yanırmı?
- Əlbəttə ki, biz revanş almaq istəyirik və qələbə qazanmağı çox istəyirik və düşünürəm ki, bu vəziyyət bizə qarşıdakı oyunda kömək edəcək.
 
- “İnter”lə sənin müqavilən birillik müddətə imzalanıb. Əlbəttə, indidən danışmaq hələ tezdir, amma hər halda bilmək istərdik, burada daha uzun müddətə qalmaq istərdin?
- İndiki mərhələdə məni burada istər komanda, istərsə  şərait baxımından hər şey məni qane edir. Əgər müqavilənin uzadılması barədə təklif gələrsə, əlbəttə ki, ona razılıq verərəm.
 
- Ampluaya görə mərkəz müdafiəçisisən. Məlumdur ki, müdafiə- “İnter”in ən güclü xəttlərindən biridir və  həmin mövqedə kifayət qədər yaxşı oyunçular cəmləşib. Əsas heyətdə komandanın digər müdafiəçilərilə rəqabət aparmaq sənə çətin deyil.
- Rəqabətdən qorxmaq lazım deyil, onu alqışlamaq lazımdır. Sağlam rəqabət həmişə karyera yüksəlişinə və tərəqqiyə təkan verir. Hər kəs sübut etməyə çalışır ki, o yaxşıdır və bu, həm futbolçulara, həm də komandaya müsbət təsir göstərir.
 
- “İnter”in qarşısına həmişə yüksək tapşırıqlar qoyulur. Sənin zənnincə, bu mövsüm komanda çempionluğa nail ola bilərmi?
- Düşünürəm ki, biz buna qadirik. Hazırda  yaxşı çıxış edirik və hər şey belə ruhda davam edərsə, o zaman, mənim fikrimcə, biz hədəflərimizə çata bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail