"İlk hissə bir az qapalı keçdi, komandam hücum qurmaqda daha çox düşünürdü"

15.01.2017 | 1976 dəfə oxunub

Bu gün “Qarabağ” Antalyada təlim-məşq toplanışında ilk yoxlama matçını keçirib. Stadium.Az xəbər verir ki, komanda Albaniyanın “Skederbeu” klubunu 1:0 hesabıyla məğlub edib. Baş məşqçimiz Qurban Qurbanov qarşılaşma haqda fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib: 

“Pis oyun alınmadı, çatışmayan cəhətlər var idi. Hazırda fiziki hazırlıqlar çox önəmlidi. Burada hər bir rəqiblə oyunlarımızda 1-2 günün çox önəmi var, çünki ola bilər ki, futbolçular fiziki yükləmələrlə meydana çıxsın, rəqib isə daha rahat olsun. Albaniyada çempionat bizdən bir həftə əvvəl başlayır, buna görə də onlar indi daha hazırlıqlı və yaxşı formadadırlar. Hər iki hissədə oyun intizamı yaxşıydı, texniki səhvlərin olması isə normaldır. Futbolçularımda daha çox konsentrasiya gördüm. Qarşıda hələ yoxlama matçlarımız var, çalışacağıq ki, oyundan-oyuna səhvlərimizi aradan qaldıraq və daha yaxşı oyun göstərək. İkinci hissə daha maraqlı alındı, ilk hissəyə nisbətən açıq oyun getdi. İlk hissə bir az qapalı keçdi, komandam hücum qurmaqda daha çox düşünürdü.

Ağabala Ramazanovun oyununa gəlincə, ilk dəqiqələrdən hiss olunurdu ki, bir az həyəcanlıydı. Bir neçə top itkiləri oldu. Ağabala Ramazanov hər zaman meydanda öz əzmkarlığı, aqressivliyi ilə seçilən futbolçudur. Hal-hazırda biz Ağabaladan tam razı qala bilmərik və istədiyimiz oyunu tələb edə bilmərik, çünki hələ komandaya yeni qoşulub. Yeni gələn futbolçunun ilk oyunda qol vurması onun komandaya daha tez uyğunlaşmasına kömək edir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ