Futbolçunun atası klub rəsmisini al qana boyadı VİDEO

18.01.2017 | 4111 dəfə oxunub

İspaniya futbolunda xoşagəlməz olay baş verib. Stadium.Az xəbər verir ki, aşağı yaş qrupu üzrə komandaların matçında iki valideyn arasında münaqişə yaşanıb.

Hadisə “Deportivo Telde” ilə “Quya” komandaları arasında baş tutan qarşılaşma zamanı yaşanıb. Bələdiyyə stadionunda keçirilən görüş zamanı “Deportivo Telde” ilə “Quya” klubunun valideynləri əlbəyaxa olublar. Onlardan biri həm də birincilərdə rəhbər vəzifədə çalışır.

Maurisio adlı komanda rəsmisinə yaxınlaşan qonaq komandanın valideyni onunla mübahisəyə girişib. Həmin valideynin təhqiramiz sözlərinə dözə bilməyən Maurisio ona baş zərbəsi endirib. Bundan qəzəblənən digər valideyn “Deportivo Telde”nin rəsmisini ardıcıl zərbələrə “qonaq” edib.

Zərərçəkən dərhal xəstəxanaya aparılıb. Burnundan və gözündən ciddi xəsarət alan Maurisio əməliyyat olunub. Digər valideyn dərhal həbs olunub. Maurisionun da xəstəxanadan çıxdıqdan sonra saxlanılması istisna deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

07.04.2020

06.04.2020

05.04.2020

04.04.2020

03.04.2020

02.04.2020

01.04.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ