Qurban Qurbanov: "... bütün Azərbaycan bizi dəstəkləyir"

18.01.2017 | 2218 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Anadolu” agentliyinə müsahibə verib. Stadium.Az xəbər verir ki, Qurbanov müsahibəsində bir sıra məqamlara toxunub:

“Bizimlə azarkeşlərimiz arasında heç bir komandada olmayacaq qədər bir bağlılıq var. Sağ olsunlar azarkeşlərimiz, bizi heç vaxt yalnız buraxmırlar.

Onlar Qarabağ adının ən azı meydanda yaşatmağımıza yardımçı olurlar. Avropa kuboklarında isə bütün Azərbaycan bizi dəstəkləyir. Bu mövsüm Çempionlar Liqasının seçmə mərhələsində Azərbaycan və Türkiyə bayraqları daim yanaşı oldu. Bu, oyunçularımıza da böyük motivasiya verir. Hər kəs “Qarabağ”a milli komanda kimi sahib çıxır və böyük coşqu ilə dəstəkləyir.

Avrokuboklarda oynasaq da, rəqibləri öz meydanımızda qəbul edə bilmirik. Hazırda  bu imkansız görünür, amma ümidimizi itirmirik. Prezidentimiz torpaqlarımızın geri qayıtması üçün çox çalışır. İnşallah, yaxın vaxtlarda torpaqlarımıza qayıdarıq.

Sonra Çempionlar Liqasının qrupuna düşərək futbolumuzda bir ilə imza atmaq istəyirik.

Həm Türkiyə, həm də bizdə liqa çox çətindir. Öz aramızda oyun keçirmək üçün təqvim müəyyələşdirmək asan deyil. Amma iki qardaş ölkə arasında futbol matçları olarsa, futbol əlaqələrimiz də yaxın olar. Bizdə də “Beşiktaş”lılar, “Qalatasaray”lılar, “Fənərbaxça”lılar var. Azərbaycanlılar bu üç komandaya daha çox azarkeşlik edir. Azərbaycanda bu komandalarla oyun böyük maraq doğurar. Bu səbəbdən “üç böyüklər”i Azərbaycanda gözləyirik.

Futbolumuz inkişaf edir. Gələcəkdə Türkiyə komandalarından biri ilə avrokuboklarda qarşılaşacağımıza inanıram.

Rodrigesdə bir futbolçuda lazım olan önəmli qabiliyyətlər var. Çox sürətli və texnikalı oyunçudur. Onun “Qalatasaray”a güc qatacağına inanıram.

“Başakşehir” böyük bir performans göstərdi. Onlara uğurlar arzulayıram. Çempion olmaları türk futboluna fayda verər. Çünki bu, yenilik olacaq. Daha çox “Beşiktaş”ın oyunlarını izləyirəm. Çox təcrübəli baş məşqçiləri var.

Bəyəndiyim türkiyəli futbolçu isə “Bayer”də oynayan Hakan Çalhanoğludur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ