"Trabzonspor" Ramil Şeydayevi verəcəyi klubu tapdı

22.01.2017 | 4429 dəfə oxunub

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev mövsümün qalan hissəsini “Trabzonspor”da keçirməyəcək. Stadium.Az xəbər verir ki, buna səbəb Qara dəniz təmsilçisində legioner limitinin dolmasıdı.

Belə ki, dövrələrarası fasilədə Emmanuel Mas, Joao Pereyra, Karl Medyanini transfer edən trabzonlular “Akhisar”dan Uqo Rodalleqa anlaşmağa çox yaxındılar. Belədə isə komandadakı əcnəbi oyunçuların sayı 15-ə yüksələcək. Ancaq Super Liqa təmsilçisi maksimum 14 əcnəbinin adını Türkiyə Futbol Federasiyasına təqdim edə bilər.

Rəhbərlik isə bu problemi yoluna qoymaq üçün yola salacağı 2 əcnəbini müəyyənləşdirib. Bunlar Ramil Şeydayevlə toqolu müdafiəçi Serge Akpapodu. “Bordo-mavililər” hətta onlara yeni komanda da tapıb. Belə ki, “Trabzonspor” Ramil və Akpapoya mövsümün sonuna qədər icarə əsasında “Trabzon 1461”də oynamağı təklif edib. Futbolçular buna razılıq versələr, mövsümün qalan hissəsini I liqa təmsilçisində keçirəcəklər. Əks təqdirdə, rəhbərlik onlarla müqaviləyə xitam verməli olacaq.

 Ramil Şeydayev “Trabzonspor”a mövsümlərarası fasilədə “Zenit”dən keçmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail