Rəşad Sadiqov: "Çalışacağıq ki, "İnter"lə oyunda bu sindroma son qoyaq"

18.11.2011 | 4705 dəfə oxunub

"Qarabağ" bazar günü "İnter"lə qarşılaşacaq. Stadium.az xəbər verir ki, turun mərkəzi görüşü turnir cədvəli baxımından da gərginlik vəd edir.

3 və 4-cü sırada qərarlaşmış komandaların duelində qazanılacaq qələbə 6 xal dəyərində olacaq. Milli matçlarla əlaqədar yaranmış fasilədən sonra komandalar turun mərkəzi görüşündə meydana çıxacaqlar.  Cari mövsüm olduqca xoş təsir bağışlayan "İnter"lə oyunöncəsi "Qarabağ"ın kapitanı Rəşad Sadiqov açıqlama verib.

Klubun rəsmi saytına danışan Sadiqov bunları dilə gətirib: "İnter"bu il olduqca yaxşı təsir bağışlayır. Sadəcə, ilk turda bizə uduzublar. Düzdü, həmin oyunda zədə üzündən çıxış etməmişdim. Amma həqiqətən "bankir"lər həmin görüşdə yaxşı oynamışdılar. Rəqibimiz kollektiv futbol nümayiş etdirir. Konkret hanısısa cəhətini fərqləndirməyim düzgün olmazdı. Ən azından görüntüləri xoş təsir bağışlayır. "Qarabağ" bütün oyunlara qələbə üçün çıxır. Amma bazar gün baş tutacaq oyun çətin olacaq. Bu oyunda istənilən nəticə qeydə alına bilər. Oyunun süni meydanda keçirilməsi də "İnter"in xeyrinədir. Düzdü, meydan düz olur, amma rəqib doğma arenasında oynayacaq deyə üstünlük qazanacaq. Çalışacağıq ki, oyundan maksimum nəticə qazanaq. Hə, o, düzdür ki milli oyunlardan sonra "Qarabağ" həmişə xal itirir. Amma bunu konkret nəyləsə əlaqələndirmək də olmur. Yorğunluq mu, yoxsa futbolçuların oyuna birlikdə hazırlaşa bilməməsinin fəsadı mı deyə bilmərəm. Amma fakt faktlığında qalır. Çalışacağıq ki, "İnter"lə oyunda bu sindroma son qoyaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail