Şahin Diniyev: "Qələbə qazanmağa haqqımız yoxdur"

29.01.2017 | 3398 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın  15-ci turunda Bakı "İnter"i ilə oyundan (1:4) sonra mətbuat konfransı keçirib.  Stadium.Az xəbər verir ki, o, əvvəlcə qarşılaşma haqda fikirlərini bildirib.

- Oyun haqqında danışmağa söz tapmıram. Bu gün “Kəpəz” son il yarım ərzində ən zəif futbolunu oynadı. Komanda hesabda öndə olarkən topu çıxara bilmirsə, qələbə qazanmağa haqqımız yoxdur. Fasilədən sonra komandanı tanıya bilmədim. Bu gün, ümumiyyətlə, komandanı tanımadım. Düzdür, oyunçuların üzərinə çox getmək istəmirəm. Ancaq çox ağır məğlubiyyətdir. İrəli baxmaq lazımdır. Belə oyundan sonra ümidlər tükənir. Belə oyundan sonra gələcək barədə nikbin danışmaq da olmur. Bəlkə də, komanda fiziki yüklənmədən sonra bu oyuna tam hazır ola bilməyib. Bəlkə də, komandanı mən yaxşı hazırlaşdırmamışam. Qələbə qazana bilərdik. Azarkeşlərdən üzr istəyirəm. 
 
- Komanda fasilədə ölkə xaricinə getmədi. Hazırkı şəraitdə nəyə ümid edirsiz?

- Harada yox, necə məşq keçmək vacibdir. Düzdür, ölkə xaricində yoxlama oyunlarında daha yaxşı komandalarla qarşılaşmaq şansı qazanırsan. Bunu səbəb kimi görmürəm. Ümid sonda ölür. Axıra kimi vuruşacağıq. Futbolun iki üzü var - mənfi və müsbət. Bu, başımıza gələn faciə idi. Bundan nəticə çıxarmaq lazımdır. Bu vəziyyətdən çıxmaq üçün əl-ələ verib, birlikdə hazırlaşmalıyıq. Bilirəm ki, bu məğlubiyyətdən sonra çoxlu tənqidlər olacaq. Bu vəziyyətdən bizi nə azarkeşlər, nə də jurnalistlər çıxara bilər. Özümüz bu vəziyyətdən çıxmalıyıq. 
 
- Azərbaycanda bəzi oyunçular var ki, hazırda boşdadılar. Məsələn, Rasim Ramaldanov. 

- Bu gün biz 300-500 manat maaş verə bilmirik. Çox istəyərdim Namiq Ələsgərov bizə qayıtsın. Ancaq “Neftçi”nin şərtləri qarşısnda aciz idik. Rəhbərliyi günahlandırmıram. Hazırkı vəziyyət budur. Maliyyəni bəhanə kimi göstərmirəm. Məğlub olmuşuqsa, mənim səhvimdir. 
 
- Bu gün start heyətində bəzi oyunçuların mövqeyində dəyişiklik etmişdiz...

- Komanda uduza bilər, əsas odur komanda simasını itirməsin. Burda prinsipiallıqdan söhbət gedir. Şəhriya Əliyevin zədələnməsi, işimizi çətinə saldı. Mənim əlimdə geniş heyət yoxdur.  
 
- Bu məğlubiyyətə görə rəhbərliyin sizi qınamağa haqqı var?

- Əlbəttə. Hətta süpürgəçi də bizi qınaya bilər. Bizim üzərimizdə əziyyəti olan hamı bunu edə bilər. Düzdü, “bəlkələr” çoxdur. Ancaq fakt odur ki, biz bu gün 1:4 uduzduq. Rəhbərliyin yerində mən olsam, bu hesaba görə komandadan razı qalmazdım. 
 
- Komanda hesabda geri olduğu vaxtda hücumçu Ebahı əvəzlədiz... 

- Bu gün Ebah adığı 12 topdan 11-ni itirmişdi. Belə vaxtda, kəmiyyətə yox, keyfiyyətə üstünlük verdim. Bu gün o, özünü doğrultmadı. Buna görə dəyişdim.
 
- Belə hesablı məğlubiyyətdən sonra azarkeşlərin sizi istefaya səsləməsindən qorxmadız?

- Bu cür məğlubiyyətdən sonra onlar istefaya səsləməli idilər. Düzdür, elə də çox azarkeş yox idi, ancaq onlardan bu şüarı gözləyirdim 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail