Çingiz Abdullayev "Neftçi"dən gedib?

03.02.2017 | 10660 dəfə oxunub

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev postundan gedib. Stadium.Az xəbər verir ki, xalq yazıçısı klubu kurasiyasında saxlayan AFFA məmurlarıyla bir sıra məsələlərdə həmfikir olmadığına görə “ağ-qaralar”la vidalaşıb.

Klubun büdcəsi artırılandan, bu qış transferlərə kifayət qədər ciddi məbləğlər xərclənəndən sonra  “yuxarılar” Elşad Nəsirov – Elxan Məmmədov cütlüyünün qarşısına avrokuboklara vəsiqə tələbi qoyub.

Şübhəsiz, Bakı təmsilçisinin meydanda oynadığı futbolla hamilərinin üzünü ağ edəcəyinə kimsə təminat verə bilməz. Bu səbəbdən pərdəarxası oyunlar da qaçılmazdı. Özünəməxsus fikirləriylə, AFFA məmurlarının kefini pozan açıqlamalarıyla ara-sıra gündəmə gələn Çingiz bəyi əsas maneə sayanları anlamaq çətin deyil.  MŞ sədrinin uzun müddətdi görünməməsi, yenilənmiş heyət və hədəflərlə bağlı heç nə deməməsi də göz qabağındadı. Bəli, futbolun iyrəncliklərini son vaxtlar görən Abdullayev xoşagəlməz gedişlərə susaraq baxmaq istəməyib.(Fanat.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail