"Zirə"nin hücumçusu 100-ə çatdı

06.02.2017 | 4325 dəfə oxunub

“Zirə”nin futbolçusu Nurlan Novruzov Azərbaycan çempionatlarında 25-ci qolunu vurub. Stadium.Az xəbər verir ki, hücumçunun yubiley qolu Premyer Liqasının XVI turuna təsadüf edib.

“Kəpəz”lə görüşdə komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atan forvard mövsümdə 1-ci, karyerasında 25-ci çempionat qoluna imza atıb. Nurlan buna 114-cü matçında nail olub. “Zirə”dəki 39 qarşılaşmada 4 dəfə rəqib qapısına yol tapan futbolçu daha iki komandada çıxış edib. “Bakı”da 60 matçda 20, “Sumqayıt”da isə 15 görüşdə 1 dəfə fərqlənib.

O, 25 qol vuran 106-cı futbolçu olub. Nurlan bombardirlər siyahısında ilk “100-lüy”ün son sıralarına – 97-106-cı yerlərə şərik olan 10 futbolçudan biridir.

Nurlan ilk qolunu 2011/12 mövsümündə vurub. O, XIX turun 2012-ci il martın 7-də keçirilən “Neftçi” ilə ev oyununun (1:3) 87-ci dəqiqəsində fərqlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail