AZAL yubiley oyununda məğlub olub

06.02.2017 | 5781 dəfə oxunub

AZAL klubu Premyer Liqada 350-ci oyununu keçirib. Stadium.Az xəbər verir ki, paytaxt təmsilçisinin yubileyi Premyer Liqasının XVI turuna təsadüf edib.

Tərlan Əhmədovun yetirmələri öz meydanında “Qarabağ”la qarşılaşıb. Bakılılar yubiley matçında hesabı açsa da, meydanı məğlub tərk edib – 1:2.

AZAL ölkə çempionatının yüksək liqasında keçirdiyi 350 oyunda 127 qələbə qazanıb, 102 heç-heçə edib və 121 dəfə məğlub olub. 374 qola sevinən paytaxt klubu 359 top buraxıb. Bakılılar 350 oyundan 175-ni ev, 175-ni səfərdə keçirib.

Premyer Liqada 2005/06 mövsümündə debüt edən AZAL 13 çempionat ərzində “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında da çıxış edib. Paytaxt təmsilçisi Premyer Liqada ən çox oyun keçirən komandalar arasında 9-cudur.

AZAL ilk oyununu 2005-ci il avqustun 12-də öz meydanında “Xəzər Lənkəran”a qarşı keçirib və 0:2 hesabı ilə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail