Ebah: " Başa düşürdük ki..."

07.02.2017 | 3808 dəfə oxunub

"Kəpəz" Azərbaycan Premyer Liqasının ikinci yarısına yaxşı başlamadı. “Sarı-göylər” əvvəlcə “İnter”ə, daha sonra “Zirə”yə uduzdu. Stadium.Az xəbər verir ki, Gəncə təmsilçisinin kamerunlu futbolçusu Julien Ebah klubun saytına açıqlamasında komandanın uğursuz çıxışı haqda danışıb:

"Startda belə nəticələr bizi məyus edir. Uduzmağımız təlim-məşq toplanışını Bakıda keçməyimizlə bağlı ola bilməz. Əksinə, paytaxtda yaxşı hazırlıq keçmişik. Başa düşürdük ki, çəkdiyimiz əziyyət mövsümün ikinci hissəsində uğurlu çıxış etmək üçün olduqca vacibdi. Çünki yaxşı nəticə qazanmaq üçün yaxşı da bünövrəyə ehtiyac var. Əminəm ki, hazırlıq dövründə baş məşqçimizin bütün tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmişik. Odur ki, uğursuzluğa düçar olmağımız olduqca üzücüdü”.   

Ebah komandanın düşdüyü vəziyyətdən tezliklə çıxacağına inandığını bildirib:

“Bizim hədəfimiz var, ona görə də bu son iki dövrədə daha çox xal toplamalıyıq. Çünki ötən il çoxlu xallar itirdik. Çempionatın əvvəlində komandaya yeni oyunçular cəlb olunmuşdu, onların adaptasiyası üçün vaxt lazım idi. Bizim səviyyəli və keyfiyyətli futbolçularımız var, “Kəpəz” güclü heyətə malikdi. Özümüzü sübut etməli, bizə göstərilən etimadı doğrultmalıyıq. Ona görə də tezliklə bu böhrandan çıxmalıyıq. Özüm və yoldaşlarım adından söz verirəm ki, qarşıdakı oyunlarda komanda üçün ən yaxşısını etməyə çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail