"Neftçi"nin xilaskarı: "Oyunun ən yaxşısı özüməm"

14.02.2017 | 5107 dəfə oxunub

"Neftçi"nin futbolçusu Hüqo Barqas Azərbaycan Premyer Liqanın 18-ci turunda "Sumqayıt"la oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Son dəqiqələrdə vurduğun qolla komandana qələbə qazandırdın...

- Matçın başlarında işimizi çətinə saldıq. Daha erkən qol vurmağa çalışdıq və bunu bacarmadıq. İkinci hissədə də hücuma atıldıq, amma rəqib komandanın qolkiperi yaxşı oyun göstərdi, onu da təbrik edirəm. Lakin oyunun sonlarında  istəyimizə çatdıq, qələbə qolunu vurduq.

- Hava şəraiti oyununuza nə dərəcədə təsir etdi?

- Təbii ki, hava şəraiti oyunumuza xeyli təsir etdi. Buna baxmayaraq, irəli atıldıq, qol vəziyyətləri yaratdıq. Amma hava daha yaxşı olsaydı, hesab başqa cür də ola bilərdi. Düşünürəm ki, qələbəyə layiq idik.

- Baş məşqçi səni meydana buraxanda hansı tapşırıqları verdi?

- Məşqçimiz mənə dedi ki, oyunun sonuna az qalıb, imkan tapan kimi qapıya zərbə endir. Mən də bu tapşırığına əməl etdim, vurduğum zərbə də bizə qələbəni gətirdi. Hücumçu üçün qol vurmaq növbəti oyunlara motivasiyanı artırır. Mən də inanıram ki, növbəti görüşlərdə qollarımı sıralayacam.

- Qış fasiləsindən sonra ilk dəfə idi ki, doğma meydanınızda oyun keçirdiniz...

- Sözün düzü, belə atmosfer gözləmirdim. Ab-hava çox gözəl idi. Hər saniyə azarkeşlərimiz bizə dəstək oldu. Biz də qələbə qazanmağa davam edib, azarkeşlərimizi sevindirəcəyik.

- Kənardan tamaşaçı kimi oyunu izləsəydiniz, matçın qəhrəmanı kimi rəqib komandanın qapıçısını seçərdiniz, ya yeganə qolu vuran hücumçunu, yəni, özünüzü?

- Əlbəttə, qapıçı çox gözəl qurtarışlarla yadda qaldı. Amma belə oyunlarda qələbə qolunu vuran futbolçu oyunun ən yaxşısı sayılır, mən də özümü seçərdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail