"Qəbələ"nin futbolçusu məni təxribata çəkirdi"

21.11.2011 | 4329 dəfə oxunub

"Neftçi"nin futbolçusu Slavço Georgievski "Qəbələ" ilə oyun haqda danışıb. Stadium.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında flaqmanın məğlubiyyətə layiq olmadığını deyib.
 
"Qəbələ" ilə görüşdə üstünlük tamamilə bizim tərəfdə idi. Oyuna "Neftçi" nəzarət edirdi. Məğlubiyyətə layiq deyildik. "Qəbələ"nin futbolçuları vaxtı çox uzadırdı. Onlar tez-tez qəsdən yıxılır, oyunun vaxtını aparırdılar. Belə hərəkətlər böyük komandalara yaraşmır. Məsələn, biz "Qarabağ"la oyunda 3:2 hesabı ilə irəli keçdikdən sonra bu cür hərəkətlərlə vaxtı öldürmədik, əksinə, bundan sonra da hücumlar təşkil etdik. "Qəbələ" ilə görüşün hakimliyinə gəlincə, referi hələ oyunun əvvəllərində penalti zərbəsi təyin etməli idi. Çünki Bahodir Nasimov rəqib futbolçunu keçərkən, o, əllə oynadı. Üstəlik, "Qəbələ"nin 77 nömrəli futbolçusu məni təxribata çəkirdi. Bu, hakimin gözü qarşısında baş versə də, rəqib oyunçu cəzalandırılmadı. Bir sözlə, hakimlərin "Neftçi"yə kömək etdiyini deyənlər yanılırlar. Bizim hakim yardımına ehtiyacımız yoxdur. İnşallah, növbəti oyunlarda yaxşı nəticələr qazanıb, çempionluq titulunu qoruyacağıq" - deyə Georgievski bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail