"İnter" istənilən halda yaşayacaq"

22.02.2017 | 3651 dəfə oxunub

"İnter" Peşəkar İdman Klubunun təhvil-təslim prosesi başa çatıb. Stadium.Az xəbər verir ki, bu barədə "Report"a AFFA tərəfindən paytaxt təmsilçisinə səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev məlumat verib.

Eyni zamanda AFFA-nın Hüquq və kadr şöbəsinin müdiri vəzifəsində çalışan R.Malıyev bildirib ki, tədricən bütün məsələlər həllini tapacaq. O, klubun dağılma təhlükəsinin olmadığını da söyləyib:

"Təhvil-təslim prosesi başa çatıb, lakin məsələnin detalları barədə danışmaq istəmirəm. Çünki bu, klubun daxili işidir. Əsas odur ki, işlər qaydasına düşür.

"İnter" istənilən halda yaşayacaq. Hər şey yaxşı olacaq, bunu əminliklə söyləyə bilərəm. Ancaq klubun fəaliyyətini hansı formada davam etdirəcəyini indidən söyləmək çətindir. Gəlin, ehtimallar üzərində danışmayaq. Komandanın avrokuboka vəsiqə qazanması da bu məsələdə önəmli rol oynaya bilər. "İnter"in avrokuboka vəsiqə əldə edib, lakin yerini başqa bir kluba verməsinin mümkünlüyünə gəlincə, bu barədə də indidən konkret nəsə söyləyə bilmərəm".

Malıyev hazırda "KredAgro" Bank Olmayan Kredit Təşkilatında girovluqda olan "İnter Arena"nın gələcək aqibətinə də toxunub. Klub rəsmisi məsələnin müsbət həllini tapacağına inandığını ifadə edib.

"Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC "İnter” Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verdikdən sonra ötən ilin martında "İnter Arena"da açılan "Yuventus" Futbol Məktəbinin də taleyi sual altına düşüb.

Bu layihənin ABB-yə məxsus olduğunu qeyd edən R.Malıyev bidlirib ki, bu məktəbin fəaliyyətini davam etdirməsində "İnter" klubu da maraqlıdır: "Maraqlı layihədir. Biz də istərdik ki, "Yuventus" Futbol Məktəbi işini davam etdirsin. Ancaq indiki halda bu məsələ barədə dəqiq söz söyləmək çətindir".

Yanvarın 27-də ABB İdarə Heyəti bank tərəfindən “İnter” Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verib. Bu səbəbdən, AFFA paytaxt təmsilçisinin idarəçiliyini fevralın 1-dən üzərinə götürüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail