Zaur Həşimov: "Qazandığımız 1 xalın bizə sonda çox faydası ola bilər"

22.11.2011 | 5359 dəfə oxunub

“İnter”lə çətin oyuna çıxmışdıq. Rəqib son zamanlar məğlub olmadan irəliləyirdi. Demək olar ki, 90 dəqiqə mübarizə şəraitində keçdi”. Stadium.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın futbolçusu Zaur Həşimov kubun rəsmi saytına açıqlamasında bildirib. 

Unibank Premyer Liqanın XIII turunda “İnter”lə matç (0:0) müdafiəçi üçün uğurlu alınıb. Belə ki, avqustun 8-də, cari mövsümün ilk matçında məhz “bankirlər”lə oyunda sıradan çıxan və 3 aydan çoxdur zədə səbəbindən yaşıl meydanlara həsrət qalan Həşimov məhz onlarla qarşılaşmada komandasına kömək edə bildi.

30 yaşlı müdafiəçi bildirib ki, qazandıqları 1 xal da onlar üçün lazımlıdır: “Düzdür, qalib gələ bilmədik. Amma qazandığımız 1 xalın bizə sonda çox faydası ola bilər. Özümə gəlincə, heç bir həyəcan yox idi. Düzdü, 3 aydan çoxdur meydana çıxmırdım. Amma bunun elə də təsiri olmadığını düşünürəm”.

Zaur növbəti turda qarşılaşacaqları “Neftçi” ilə oyuna da münasibət bildirib: “Həmin oyunda baş verənlər bir “qəza” idi. İnanmıram ki, bu dəfə 2:0 önə keçsək, yenidən 3 top buraxaq. Həmişə “Neftçi”ylə oyunlarımız maraqlı keçir. Bu dəfə də inanıram ki, eyni durumun şahidi olacağıq. Əlbəttə, oyunda qələbə qazanmaq istəyirik. 3 xal bizi yenidən zirvəyə yaxınlaşdıracaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail