"Qəbələ" - "Neftçi" matçı ilə bağlı cəza yağmuru

22.11.2011 | 5521 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Stadium.az xəbər verir ki, iclasda Premyer Liqanın ötən turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Simurq”– “Sumqayıt Şəhər” matçında “Sumqayıt Şəhər”in yerləşdiyi texniki zonada oturacaqlar sındırılın. Bu səbəbdən “Sumqayıt Şəhər” klubu dəymiş zərərə uyğun olaraq “Simurq”un təqdim edəcəyi hesab əsasında ödəmə etsin.

“Xəzər Lənkəran” – “Rəvan” matçının 61-ci və 75-ci dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

“Qəbələ” – “Neftçi” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra azarkeşlər meydana daxil olaraq hakimlərə fiziki təsir göstərməyə cəhd ediblər. Lakin klubun nümayəndələrinin və polislərin köməkliyi ilə baş verən hadisə tez bir zamanda aradan qaldırılıb. Yuxarıda göstərilənləri nəzərə alaraq “Qəbələ” klubu təhlükəsizliyi təmin etmədiyi üçün 5000 manat cərimə olunub. Analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq.

Oyunun 41-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı və matçın 90+2-ci dəqiqəsində “Neftçi”nin azarkeşinin meydançaya daxil olduğu üçün klub 2000 manat cərimə olunub.

İclasda o da qərara alınıb ki, Hakimlər Komitəsi oyunun hakimlər briqadası haqqında lazımı ölçü götürüb İntizam Komitəsinə yazılı məlumat versin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail