AFFA-dan "Turan"a texniki məğlubiyyət

22.11.2011 | 4232 dəfə oxunub

AFFA İntizam Komitəsinin bugünkü iclasında Premyer Liqada çıxış edən klublar arasında keçirilən çempionatın ötən turu da müzakirə edilib.

Stadium.az xəbər verir ki, komitə müzakirələr nəticəsində aşağıdakı cəza və cərimələri təyin edib:

“Xəzər Lənkəran” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
 
AZAL – “Kəpəz” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
 
“Simurq” – “Sumqayıt Şəhər” matçında “Simurq”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
 
“İnter” – “Qarabağ” matçının 56-cı dəqiqəsində “İnter”in futbolçusu Xəyal Quliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
 
“Qəbələ” – “Neftçi” matçının 90-cı və 90+2-ci dəqiqələrində “Qəbələ” azarkeşləri tərəfindən meydançaya əlavə toplar atılaraq oyunun gedişində fasilələr yaranıb. Bu səbəbdən analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq.
 
“Bakı” – “Turan” matçında “Turan” klubunun üzürlü səbəb olmadan oyunda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 5000 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail