AZAL-dan antirekord, Vaqifdən yubiley

01.03.2017 | 5169 dəfə oxunub

Premyer Liqasının XX turunun AZAL – “Neftçi” qarşılaşmasında yubiley və antirekord qeydə alınıb. Stadium.Az xəbər verir ki, 0:1 hesabı ilə uduzan meydan sahibləri ardıcıl 6-cı çempionat oyununda məğlub olub.

Bu, cari mövsüm üçün Premyer Liqanın antirekordudur. Bunadək AZAL da “Neftçi” və “Kəpəz” kimi 5 məğlubiyyəti sıralamışdı. 2016-cı ilin “Neftçi”yə qarşı dekabrın 17-də baş tutan son oyunundan sonra Tərlan Əhmədovun yetirmələri xal qazana bilmir.

“AZAL Arena”dakı görüş meydan sahibləri üçün antirekordla başa çatıbsa, komandanın futbolçusu Vaqif Cavadov yubiley qeyd edib. Belə ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. Bu müddətdə 46 qol vuran futbolçunun debütü 2006/07 mövsümünə təsadüf edib. 10 mövsümdə 6 komandada çıxış edən Cavadov “Qarabağ”da 110 (25 qol), “İnter”də 33 (14 qol), “Sumqayıt”da 29 (6 qol), “Bakı”da 23 (4 qol), “Qəbələ”də 3, AZAL-da 2 oyun keçirib. (PFL)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail