Aqil Məmmədov: " Məndən xoşu gəlmir, çağırmır və heç nə demirəm"

03.03.2017 | 1013 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki martın 9-da Qətər millisinə qarşı keçirəcəkləri oyun üçün heyəti açıqlayıb.

Stadium.Az xəbər verir ki, heyətdə AZAL-ın qapıçısı Aqil Məmmədovun olacağı gözlənilsə də, xorvatiyalı məşqçi “Qarabağ”ın milliləşdirilmiş çərçivə qoruyucusu Şahruddin Məhəmmədəliyevə dəvət göndərib.

Aqil Məmmədov əvvəlcədən milliyə çağırılacağını gözlədiyini deyib: “Dəvət gözləyirdim. Amma olmadı, qismət deyilmiş. Fikirləşirəm ki, görəsən, yenə niyə dəvət almamışam? Səbəb tapa bilmirəm. Milli də dünya səviyyəsində AZAL kimi komandadır. Orda da qapıya bu qədər zərbə gəlir. Şükür edirəm ki, işimin öhdəsindən gəlirəm. Bundan sonra da məşq edəcəm və daha yaxşı oynamağa çalışacam. Siz özünüz hər şeyi məndən yaxşı bilirsiniz. Nə deyim?”

Çərçivə qoruyucusu Prosineçkinin oyun fəlsəfəsinin nə olduğunu anlamadığını bildirib:“Prosineçkinin oyun fəlsəfəsi nədir ki? Dünyada futbolun bir fəlsəfəsi var. Ya bunu oynaya bilirsən, ya da oynamırsan. Nizami Hacıyev “İnter”i tək ardınca daşıyır. Bəs, hansı fəlsəfəyə uyğun gəlmir? Yaxşı Nizami yarımmüdafiəçidir fəlsəyə uyğun deyil, bəs, qapıçı Aqil Məmmədov necə? Qapıda da Prosineçkinin ayrı fəlsəfəsi var? Məndən xoşu gəlmir, çağırmır və heç nə demirəm. Davud Kərimini, Fərhad Vəliyevi niyə heyətə dəvət etmir? Bunların səbəbi nədir?” (qafqazinfo.az)

Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

22.05.2017

   
  O Q H M T-f X
1. Qarabağ 27 18 5 4 44:13 59  
2. Qəbələ 26 13 10 3 43:16 49  
3. İnter 26 11 10 5 36:28 43  
4. Zirə 27 8 10 9 25-28 34  
5. Kəpəz 27 8 9 10 23-27 33  
6. Sumqayıt 27 8 8 11 26:34 32  
7. Neftçi 27 9 3 15 25-42 30  
8. AZAL 27 1 7 19 13-47 10  
24.04Qəbələ ---İnter
23.04Kəpəz 2-2Neftçi
23.04Qarabağ 2-1Sumqayıt
23.04AZAL 1-2Kəpəz
01.01 -
01.01 -
09.04Kəpəz -Neftçi
09.04Qarabağ -Qəbələ