Bəyanat: "Neftçinin oyunlarına xaricdən hakim təyin olunsun"

22.11.2011 | 6061 dəfə oxunub

Son Azərbaycan çempionu “Neftçi” bəyanat yayıb. Stadium.az bəyanatı olduğu kimi təqdim edir:

“Neftçi”nin Azərbaycan futbolunun inkişafında müstəsna rolu var. Klubumuzda son iki ildə görülən işlər göz qabağındadır. “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi altında klubumuz 6 ildən sonra çempionatın bitməsinə üç tur qalmış çempionluğunu təmin edib. Klub prezidenti yerli məşqçi və futbolçuların inkişafının təmin olunması üçün hər cür şərait yaradıb.
 
“Neftçi”nin uğurlarına baxmayaraq bəzi qüvvələr buna kölgə salmağa çalışırlar. Klubumuza qarşı ictimaiyyət arasında qərəzli məlumatlar yer alır. Buna misal olaraq, AFFA, PFL və Hakimlər Komitəsinin “Neftçi”yə keçirdiyi oyunlarda kömək etməsi bildirilir. Baxmayaraq ki, hakim səhvləri digər klubların iştirakı ilə keçirilən oyunlarda daha çox qeydə alınır.  Ötən və 2011-2012-ci il futbol mövsümündə “Neftçi”yə qarşı hakim səhvləri daha çox qeydə alınıb. Premyer Liqanın 4-cü turunun 27.08.2011-ci il tarixdə keçirilmiş AZAL – “Neftçi” (3:1) oyununda rəqib qapısına penalti təyin edilməyib, 5-ci turun 11.09.2011-ci il tarixdə keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” (1:0) və 10-cu turun 22.10.2011-ci il tarixdə keçirilmiş “Kəpəz” – “Neftçi” (1:1) oyunlarında hakim səhvlərinə görə komandamızın qolları hesaba alınmayıb və “Neftçi” vacib xallar itirib, 5-ci turun 23.09.2011-ci il tarixdə keçirilmiş “Neftçi” – “Bakı” oyununda isə “Neftçi”nin futbolçusu Flavinyoya qarşı cərimə meydançasında açıq-aşkar qəddarlıq edilsə də, hakim tərəfindən rəqibə qırmızı vərəqə göstərilməyib və penalti təyin olunmayıb. Biz “Neftçi” olaraq bunu qərəz kimi deyil, hakim səhvləri kimi qəbul etmişik. Bu oyunlarda hakim səhvləri bir o qədər də qabardılmasa da, “Neftçi”nin iştirakı ilə keçirilmiş görüşlərdə hakim səhvləri şişirdilib və haqsız iddialar irəli sürülüb.
 
Bildirmək istərdik ki, “Neftçi” öz strategiyası, taktikası və gücü hesabına oynayan bir komandadır. Bütün bu təzyiqlər “Neftçi”nin rəhbərliyinə, məşqçilərinə, futbolçularına və azarkeşlərinə çox mənfi təsir göstərməklə yanaşı, ümumi futbolun inkişafına zərbə vurur.
 
“Neftçi”yə qarşı süni və planlı şəkildə yaradılan mənfi imic təbliğatına qəti etirazımızı bildiririk. Məlum səbəblərə görə keçən mövsüm “Neftçi”nin oyunlarına xaricdən hakim təyin olunmasını istədiyimizi ictimaiyyətə bildirmişdik. Bu mövsüm 13 tur keçməsinə baxmayaraq “Neftçi”yə qarşı bütün təzyiqlərə son qoyulması üçün çıxış yolunu xaricdən hakim dəvət olunmasında görürük.
 
Bütün bunları nəzərə alaraq, “Neftçi”nin rəhbərliyi, məşqçilər korpusu və futbolçu heyəti israrla AFFA və PFL-dən xaricdən hakimlər briqadasının dəvət olunmasını və “Neftçi”nin keçirəcəyi Premyer Liqa və kubok oyunlarına təyin edilməsini xahiş edirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail