AFFA təpik vuran futbolçunu cəzalandırdı

07.03.2017 | 4388 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Stadium.Az xəbər verir ki, İK Premyer Liqanın 21-ci turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Premyer Liqanın XXI turunun “Kəpəz” – AZAL matçının  64-cü dəqiqəsində AZAL klubunun  futbolçusu Alamadine Omega Robent rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub. Hakimlər Komitəsinə həvalə edilib ki, qarşılaşmanın referisi Orxan Məmmədov haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

Liberiyalı müdafiəçi top uğrunda mübarizədən sonra yerdə qalan rəqibi Julien Ebaha qəsdən təpik vursa da, hakimlər bu epizoda reaksiya verməmişdi.

Bundan başqa,  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Neftçi” – “Zirə” matçının 42-ci dəqiqəsində “Zirə” klubunun  futbolçusu Tapdıq Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb,  klub 100 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail