Rəşad Sadıqov: "Qələbənin faydası olacaq"

10.03.2017 | 4199 dəfə oxunub

“Qarşılaşma maraqlı alındı. Hər iki komanda texnikalı oyuna üstünlük verdi. Komandamız Qətər millisinə qarşı yaxşı mübarizə apardı. Rəqibin də qol vurmaq üçün imkanları oldu”.

Stadium.Az xəbər verir ki, bu sözləri futbol üzrə milli komandamızın kapitanı Rəşad Sadıqov deyib.

Yoxlama oyununda Qətərlə qarşılaşan komandamız matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.

Oyun başa çatdıqdan sonra kapitan matç haqqında fikirlərini bölüşüb:

“Qarşıdan Almaniya yığması ilə rəsmi oyun gəlir. Psixoloji baxımdan komandamıza müsbət təsiri olsun deyə, qələbə qazanmaq istəyirdik. Çünki məğlub olan zaman komandaya təzyiq də artır. Uşaqlar həm yaxşı oynadılar, həm də uğurlu nəticə qazandıq. Oyundan oyuna fərq var.

Demək olmaz ki, Qətər millisini məğlub etməyimiz Almaniya yığması ilə oyunda bizə üstünlük verəcək. Ancaq komandamızın inkişafı üçün bu qələbə az əhəmiyyət kəsb etmirdi. Ümumi götürdükdə, qələbənin faydası olacaq. Baş məşqçi yeni futbolçulara özlərini göstərmək üçün şans verdi. Həm də son rəsmi oyunumuzda böyük hesabla məğlub olmuşduq. Özünəinamı qaytarmaq üçün Qətər yığması üzərində qələbə yaxşı oldu”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail