Ayxan Abbasov: "Bu gün əzmkarlıq çatmadı"

13.03.2017 | 4927 dəfə oxunub

"İki fərqli hissə oldu. Oyuna yaxşı başlamadıq. Qapımız qarşısında qolla nəticələnən epizod yarandı. Fasilədə futbolçularıma tapşırıq verdim ki, qorxmasınlar, oynasınlar. Baxmayaraq ki, "Kəpəz" öz meydanında azarkeşlərin dəstəyi ilə daim əzmkar oyun sərgiləyir".

Stadium.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 22-ci turunda "Kəpəz"ə uduzduqları oyundan (0:1) sonra deyib.

O, bir neçə epizoddan yararlana bilmədiklərini qeyd edib: "

Düzdür, bir çox amillər var idi. Meydanın vəziyyəti də futbolçulara oynamağa o qədər də imkan vermirdi. Amma bunlar bəhanə deyil. Onlar da bu stadionda oynayırdı, biz də. İkinci hissədə futbolçular istədiklərini etməyə çalışdılar. Bir neçə epizoddan yararlana bilmədik. Amma hələ IV dövrənin ilk oyunudur. Elə böyük problem də yoxdur. Qalan 6 oyuna hazırlaşaraq, istəyimizi həyata keçirməyə çalışacağıq. Digər oyunlarla müqayisədə bu gün əzmkarlıq çatmadı. Hər bir şəraitə uyğun oynamalıyıq. Futbolçuları da buna uyğun hazırlamışdıq". 
 
A.Abbasov Elvin Məmmədovla Viktor İqbekoyinin əsas heyətdə deyil, ikinci hissədə meydana daxil olmalarına da aydınlıq gətirib:
 "Çox fikirləşdik, istər-istəməz yol gəliblər, ikinci hissədə 20-25 dəqiqə oynayarlar. İqbekoyini son görüşlərdə sağ cinahda oynatmışdıq. Akim Latifu sağalıb. Ortada onun oyunu yaxşı alındığı üçün bu cür seçim etdik. Əsas odur ki, komandada rəqabət var"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail