Tahir Gözəl: "Buna gücümüz çatacaq"

15.03.2017 | 3669 dəfə oxunub

“Qarabağ”ın prezidenti Tahir Gözəl AFFA-nın Konfransından sonra jurnalistlərin suallarını cavablandırıb: 

-  Komandanın AZAL-la, xüsusilə, qış fasiləsindən sonrakı oyunları “Qarabağ”da hansısa problemin olması barədə narahatçılıq yaradır...

- Mən belə düşünmürəm. Mövsümün sonuna 6 tur qalıb. Hələ ki, biz irəlidəyik. “Neftçi”nin “Qəbələ” ilə oyunu çox maraqlı alındı. Mən “Qarabağ”a inanıram və hesab edirəm ki, hədəfimizə nail olacağıq.

- Builki “Qarabağ”ın avrokubokda yenə qrupa düşməyə gücü çatacaqmı?

- Hesab edirəm ki, buna gücümüz çatacaq.  

- Amma nəzərə alaq ki, əsas oyunçularınızı itirmisiz. Reynaldo klubdan getdi, Dani Kintana zədəlidi...

- Daninin zədəli olması bizim üçün itkidi. Sizinlə razıyam. Biz də imkanımız çatan qədər oynayacağıq. Komandada motivasiya yüksəkdi. Gücümüzə inanıram və əminəm ki, komandamız öz oyun sxemini quracaq.

- Çempionlar Liqası, yoxsa Avropa Liqasının qrupuna düşəcəyinizə inanırsız?

- Əlbəttə ki, mənim arzum Çempionlar Liqasıdı.

- Onda yeni oyunçular gözlənilirmi?

- Qurban Qurbanov futbolçu bəyənib, seçir. Biz sponsor kimi oyunçu transferinə hazırıq. Onu eşidirik. Yeni transfer etməyin özü də asan deyil. Qurbanov da baxır, nümayəndələri də ölkə xaricinə göndərir. Əgər hansısa futbolçu bəyənilsə, biz onu heyətə qatmağa hazırıq.

- Cari mövsüm “Qarabağ”ın “Qəbələ” ilə oyunları ajiotaj yaradır. Azarkeşlər arasında yaşanan bu gərginlik sizi narahat etmir ki?

- Hamımız Azərbaycan klublarıyıq. Ona görə belə hallara üzülürəm. “Qəbələ” həmişə güclü klub olub və olacaq da. Futbolda qələbə də, məğlubiyyət də var. Əksinə, mən “Qəbələ”ni təbrik etdim. Bizə qarşı gözəl oynayıb, qələbə qazandı. Mən orda başqa nəsə görmədim. Hesab edirəm ki, problem olmamalıdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail