Nazarov: "O, mənim Almaniyada oyunlarımı yaxından izləyir"

17.03.2017 | 3452 dəfə oxunub

“Almaniya ilə oyunda stadion azarkeşlərlə tam dolacaq. İnanılmaz atmosfer olacaq. Mən bu oyuna xüsusi yanaşıram. Bizim üçün bundan yaxşı matç ola bilməz”.

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Dmitri Nazarov DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə oyun öncəsi deyib.

Sözügedən ölkənin 2-ci bundesliqa klubu "Aue"də çıxış edən 26 yaşlı hücumçu Almaniyanın istənilən vəziyyətdə yaxşı oyun göstərdiyini bildirib: "Biz başa düşürük ki, dünyanın ən güclü heyətə malik komandasına qarşı oynayacağıq. Rəqibin çalışdırıcı Yoahim Löv dünyanın ən yaxşı məşqçisidir. Buna baxmayaraq, bütün rəqiblərə qarşı yaxşı oynamaq lazımdır. Futbolda hər şey mümkündür".

Nazarov millimizin baş məşqçisi Robert Prosineçkinin ona Almaniya ilə oyunda şans verəcəyinə inandığını söyləyib: “Bilirəm ki, o, mənim Almaniyada oyunlarımı yaxından izləyir. Onunla daim əlaqə saxlayırıq".

Azərbaycan - Almaniya görüşü martın 26-ı keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail