Ndlovu narazılıq edir: "Digər futbolçulara verilən şansı mənə vermədilər"

17.03.2017 | 1920 dəfə oxunub

“Yığmanın futbolçusu olmaq qürurvericidir. Milli komandadan dəvət almayanda çox məyus oluram". Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Dino Ndlovu "africanfootball.com"a açıqlamasında  deyib.
 
Son vaxtlar milliyə dəvət almayan cənubi afrikalı hücumçu  yenidən yığmaya çağırılacağına ümid etdiyini bildirib: 

"Ötən mövsüm klubda çoxlu qol vursam da, mənə millidən dəvət gəlmədi.  Digər futbolçulara verilən şansı mənə vermədilər. Ancaq bu artıq keçmişdə qalıb. İndi mən gözləyirəm. Millinin yeni baş məşqçisinin kim olacağı mənə çox maraqlıdır. Yeni çalışdırıcı mənə etimad göstərsə, yığmada oynamağa hazıram. Çünki millinin formasını geyinmək mənim üçün həmişə şərəfdir”.
 
27 yaşlı futbolçu hələlik "Qarabağ"da tam potensialını ortaya qoya bilmədiyini qeyd edib: “Təəssüf ki, mövsümün əvvəlindən “Qarabağ”da olmadım. Buna görə istədiyim qədər qol vura bilmirəm. Komandamın yay təlim-məşq toplanışında iştirak etməmişəm. Bu da tam olaraq bacarığımı göstərməyə mane oldu. Düzdür, ötən turda qol vurdum. Buna görə şadam. Ümid edirəm ki, komandama uğurlu nətilər qazanmaqda kömək edəcəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

05.06.2020

03.06.2020

02.06.2020

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ